«Qrant alınmasına
(verilməsinə) dair müqavilələrin
(qərarların) qeydiyyata alınması
Qaydalarının təsdiq edilməsi barədə» Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli
27 nömrəli Fərmanının ləğv edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması Qaydalarının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 2, maddə 65; 2009, ¹ 12, maddə 988; 2014, ¹ 5, maddə 477) 2014-cü il noyabrın 1-dən ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması qaydalarını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Bu fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş qaydalar 2014-cü il noyabrın 1-dən qüvvəyə minsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyul 2014-cü il
Azərbaycan.- 2014.- 1 avqust.- S. 1.