Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu
il 25 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş "Arıçılıq sahəsində
dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydası"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 258 Bakı
şəhəri, 16 iyul
2014-cü il
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 1, maddə 65; 2014, ¹ 2, maddə 201) ilə təsdiq edilmiş "Arıçılıq sahəsində
dövlət nəzarətinin
həyata keçirilməsi
Qaydası"na aşağıdakı
məzmunda 2.4-cü bənd
əlavə edilsin:
"2.4. Sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan arıçılıq
subyektlərində dövlət
nəzarəti "Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
nəzərdə tutulmuş
hallarda və qaydada həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2014.- 1 avqust.- S. 1.