"Avtomobil
nəqliyyatı ilə
beynəlxalq sərnişin
və yük daşımalarının həyata
keçirilməsi ilə
bağlı bəzi məsələlər haqqında"Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 259 Bakı
şəhəri, 16 iyul
2014-cü il
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 24 dekabr tarixli 244 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, № 12, maddə 1125) ilə
təsdiq edilmiş
"Taxoqrafların quraşdırılması,
yoxlanması, təmiri,
sınağı, kalibrlənməsi
və onlara texniki xidmət göstərilməsi ilə
bağlı işləri
yerinə yetirən xidmət mərkəzlərinin
(servis emalatxanalarının)
fəaliyyəti Qaydaları"nın
4.2-ci bəndindən "ildə
bir dəfə" sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2014.- 1 avqust.- S. 1.