Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci
il 12 avqust tarixli 134 nömrəli qərarı ilə təsdiq edilmiş "Cıdır-şans (totalizator)
oyunlarının təşkili
və keçirilməsi
Qaydaları"nda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
№ 260 Bakı
şəhəri, 16 iyul
2014-cü il
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 12 avqust tarixli 134 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 8, maddə 780) ilə
təsdiq edilmiş
"Cıdır-şans (totalizator)
oyunlarının təşkili
və keçirilməsi
Qaydaları"nın 6.1-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
"6.1. Oyunların təşkilinə
və keçirilməsinə
dövlət nəzarəti
Azərbaycan Respublikasının
"Bədən tərbiyəsi
və idman haqqında" və
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
qanunlarına uyğun
həyata keçirilir.".
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.- 2014.- 1 avqust.- S. 1.