UNESCO üzrə Milli
Komissiyaların birinci regionlararası
görüşündə Azərbaycan da
təmsil olunub
Qazaxıstanın
paytaxtı Astana şəhərində keçirilən UNESCO
üzrə Milli Komissiyaların birinci regionlararası
görüşü başa çatıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AzərTAc-a bildirilib ki, görüşə 90 ölkədən 111 nümayəndə qatılıb.
Tədbirdə UNESCO-nun regional büroları və milli komissiyalar arasında əməkdaşlıq məsələləri, üzv ölkələrdə qurumun beynəlxalq təşkilat kimi fəaliyyət istiqamətləri, o cümlədən gördüyü işlər, nailiyyət və perspektivlər, milli komissiyaların UNESCO-nun “İştirak Proqramında” iştirakı ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda üzv ölkələr arasında bu sahələrdə təcrübə mübadiləsi aparılıb.
Görüşdə ölkəmizi
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının nümayəndəsi D.Panin təmsil edərək, qurumun
prioritet istiqamətləri üzrə milli komissiyanın fəaliyyəti, ölkəmizin
təşkilatda qazandığı uğurlar,
digər ölkələrin milli komissiyaları
ilə birgə həyata keçirilən layihələr
haqqında məlumat verib, eyni
zamanda gələcək əməkdaşlığın
genişləndirilməsi perspektivlərini müzakirə edib.
Azərbaycan. - 2014.- 1 avqust.- S. 3.