Gəncənin inkişafı turizmin perspektivini də artırır

 

Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Gəncədə bir neçə beynəlxalq tədbir keçirilirdi. Qədim şəhər qonaqlarını yüksək bayram ovqatı ilə qarşılayırdı. Madrid klubuNizami Gəncəvi Beynəlxalq Mərkəzinin iştirakı ilə "Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda ayrı-ayrı ölkələrdən 20-dən çox qonaq iştirak edirdi.

Gələn qonaqlar şəhərə, onun gözəlliyinə, qədimliklə müasirliyin özünəməxsus şəkildə vəhdətinə heyranlıqlarını gizlədə bilmirdilər. İngiltərə Kraliyyət Akademiyasının prezidenti Susan Greenfieldin ürək sözlərini indiböyük məmnunluqla xatırlayırıq: "Mən ilk dəfə Gəncədə 2012-ci ilin oktyabr ayında olmuşam. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyində iştirak edirdim. Azərbaycana, Gəncəyə yenə dəvət alanda böyük məmnuniyyətlə gəldim. Açığını deyim ki, Gəncəyə daxil olanda gözlərimə inanmadım. Şəhər necə dəyişib, nə qədər yeni işlər görülüb! Gəncənin gözəlliyi daha da artıb. Yeni mədəniyyət ocaqlarının tikintisinə başlanılıb."

Söhbət etdiyimiz qonaqlardan gürcüstanlı alim Giuli Alasaniya da təəccübünü gizlədə bilməmişdi: "Qısa müddət ərzində Gəncənin belə dəyişəcəyinə, sürətlə inkişaf edəcəyinə inanmaq olmur. Ancaq hər şeyi öz gözlərimizlə görürük. Hər tərəfdə tikinti-quruculuq, abadlıq işləri..."

O görüşdən bir ildən bir az artıq vaxt keçib. Həmin qonaqlar Gəncəyə indi gəlsələr, təəccübləri, heyranlıqları daha da artar: Gəncə dövlətimizin yüksək qayğısı sayəsində gözəlliyini, müasirliyini daha da artırır, müsafirlərin qəlbində unudulmaz bir xatirəyə dönür. Bunun nəticəsidir ki, bu qədim yurda gələn turistlərin sayı da əhəmiyyətli dərəcədə artır. İstər yerli, istərsə də xarici turistləri Gəncənin mədəniyyət ocaqları, tarixi-memarlıq abidələri xüsusilə maraqlandırır. Şəhərin Cavad xan küçəsinin yenidən qurularaq piyadalar küçəsi elan olunması sakinlərlə turist və müsafirlərin ünsiyyəti baxımından da böyük əhəmiyyət kəsb edir. Bu küçə ilə addımlamaqdan gəncəlilər qürur duyur, Cavad xanonun keçdiyi şərəfli mübarizə yolu barədə gələn qonaqlara böyük məmnuniyyətlə məlumat verməyə çalışırlar.

Prezident İlham Əliyevin Gəncəyə səfərləri yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsi ilə də əlamətdar olub.

Son vaxtlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi yenidən əsaslı şəkildə təmir-bərpa olunub, ərazisi genişləndirilərək yeni fəvvarələr, yaşıllıq qazonları yaradılıb, işıqlandırma sistemi dəyişdirilib. Bu məqbərə şəhərə gələn yerlixarici qonaqların, turistlərin ən çox ziyarət etdikləri məkana çevrilib. Böyük şairin Gəncə çayının sahilində möhtəşəm heykəli ucaldılıb, "Xəmsə"nin motivləri əsasında "Xəmsə" abidə kompleksi yaradılıb. Gəncə çayının sahilində yaradılmış Dövlət Bayrağı meydanı da həmişə "qonaq-qaralı" olur. Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərimanovun adını daşıyan park yenidən qurulub, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni binasının inşasına başlanılıb.

Gəncədə qonaqların və turistlərin diqqətini cəlb edən xeyli tarix-memarlıq abidəsi var. Bu sırada Şah Abbas (Cümə) məscidini, Şah AbbasUğurlu xan karvansaralarını, "Qızılhacılı", "Şərəfxanlı", "Ozan", "Zərrabi", "İmamzadə" ziyarətgahını, "Şahsevənlər"i, "Hüseyniyyə" məscidini və sair qeyd etmək olar.

Bu il Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı Azərbaycan şairi Məhsəti Gəncəvinin adını daşıyan mərkəzin də açılışı olub.

Şəhərin Yeni Gəncə yaşayış massivində vaxtilə ulu öndər Heydər Əliyevin çinar ağacları əkdiyi Xatirə parkı əsaslı şəkildə yenidən qurulub, burada Heydər Əliyev park-kompleksi yaradılıb. Park-kompleksdə Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndərin abidəsi ucaldılıb.

Heydər Əliyev park-kompleksində müasir İncəsənət muzeyi, Amfiteatr, Zəfər Tağı, fəvvarələr, dekorativ ağaclarkollar, yaşıllıq sahələri də turistlərin marağına səbəb olur. 

Şəhərin şərq istiqamətindən giriş hissəsində Gəncə Qala Qapıları ArxeologiyaEtnoqrafiya Muzeyi Abidə Kompleksiburada nümayiş etdirilən eksponatlar, milli məişət əşyaları, misgərlik, dulusçuluq, xalçaçılıq və sair sənət nümunələri hər kəsdə xoş təəssürat yaradır.

Gəncədə aparılan yenidənqurma, abadlıq, tikinti-quruculuq işləri çərçivəsində şəhərin tabeliyində olan Hacıkənd qəsəbəsində həyata keçirilən tədbirlər turizmin inkişafına əhəmiyyətli dərəcədə təsir edir.

Gəncə həm də müasir mehmanxanalar şəhəridir. "Ramada Plaza", "Deluxe hotel", "Karvansaray", "Kəpəz", "My Way hotel", "Vego" və "Sinema Butique" hotellərində şəhərin qonaqlarına və turistlərə yüksək xidmət göstərilir.

Nizami məqbərəsinə, Nizami muzeyinə, Heydər Əliyev Mərkəzinə, müasir İncəsənət muzeyinə, Məhsəti Gəncəvi Mərkəzinə, "İmamzadə" tarix-memarlıq abidəsinə, "Xan bağı" mədəniyyət və istirahət parkına, "Butulkalı ev"ə və digər yerlərə təşkil olunan ekskursiyalar turistlərin ürəyincə olur. Elə gəncəlilərin qonaqpərvərliyi, xoş rəftarı da qonaqları və turistləri bu şəhərə bağlayan amillərdəndir. Bir gəncəli müəllimin təbirincə desək, bir neçə saat kifayət edir ki, qonaqya turist özünü gəncəli kimi hiss etsin.

 

Telman NƏZƏRLİ

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 4.