Qonağa, «xoş gəldin»
demək azərbaycanlıların adətidir
Yaxud Qubada formalaşan
turizm brendi
Füsunkar təbiəti, əlverişli
coğrafi mövqeyi ilə Azərbaycan hələ qədimdən
dünyanın diqqətini
özünə cəlb
edib. Məhz bunun nəticəsidir ki, məşhur səyyahların
gündəliklərində Azərbaycanın adına rast gəlinir, ölkəmizin
nadir təbiət gözəlliklərindən,
maddi mədəniyyət
abidələrindən, təbii
sərvətlərindən geniş söz açılır. Böyük İpək
yolunun keçdiyi əsas ölkələrdən
olan Azərbaycana tarixən diqqət kifayət qədər yüksək olub. Bu isə daha
çox sayda əcnəbilərin ölkəmizə
gəlişini stimullaşdırıb.
Azərbaycan həm də böyük turizm potensialı olan ölkə
kimi diqqət çəkir. Xalqımızın tarixən qonaqpərvər
xüsusiyyəti ilə
seçilməsi, son illər
ərzində turizm sahəsində uğurla həyata keçirilən
dövlət siyasəti,
infrastruktur layihələrinin
gerçəkləşdirilməsi Azərbaycana marağın
daha da yüksəlməsinə
səbəb olub.
Bu gün turizmin sürətlə
inkişaf etdiyi Azərbaycanda xeyli iş görülür, istirahətə və səyahətə gələnlər
üçün lazımi
şərait yaradılır.
Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, burada qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin və turizmin inkişafı üçün
geniş imkanlar var. Turizmin daha sürətli
inkişaf etdirilməsi
məqsədilə həyata
keçirilən dövlət
siyasəti, atılan addımlar öz səmərəsini verir. Ölkəmizdə
2011-ci il "Turizm ili" elan edilmiş və bu
sahədə görülən
işlərin miqyası
daha da genişləndirilmişdir.
Turizmin inkişafında
regionların xüsusi
çəkisinin davamlı
surətdə artması
isə bölgələrdə
əhalinin maddi rifah halının yüksəlməsinə təsirsiz
ötüşmür, rayonların
ümumi iqtisadi inkişafı prosesində
oynadıqları rolu daha da yüksəldir. Əsrarəngiz
təbiətə malik
olan Azərbaycanın
şimal rayonları,
o cümlədən də
Quba hər zaman turistlərin maraq göstərdiyi sevimli məkanlar sırasında yer alıb. Bu yerlər
təkcə təbii gözəllikləri ilə
yox, həm də qədim tarix-mədəniyyət abidələri,
sənətkarlıq nümunələri
ilə də məşhurdur. İnsanı
valeh edən meşələrlə örtülü
dağların qoynunda
yerləşən, şəlaləli
çayları, soyuq bulaqları olan Quba rayonu səyahət
həvəskarlarının, təbiət vurğunlarının,
turistlərin ən çox xoşladıqları
məkanlardandır.Təkcə onu demək kifayətdir ki, isti yay günlərində,
hətta şaxtalı,
qarlı havada paytaxtdan şimal istiqamətində
gedən yolda maşınlar sıralanır.
Bakıdan 150 kilometr şimalda
yerləşən, Şahdağın
ətəklərində qərar
tutmuş Quba nəinki Azərbaycanın, eləcə
də bütün Qafqazın gözəl guşələrindən biridir.
İlin bütün fəsillərində
burada səyahətə
çıxan minlərlə
təbiət həvəskarına
rast gəlmək mümkündür. İsti aylarda
gözəlliyi ilə
göz oxşayan meşələri, qışda
ağappaq qara bürünmüş dağ
və dərələri
buraya yolu düşənləri ovsunlayır,
onları təkrar-təkrar
bu diyara qayıtmağa məcbur edir.
Dövlət tərəfindən bu rayonda da turizm
potensialının gücləndirilməsinə
böyük diqqət
göstərilir. Quba Olimpiya İdman
Kompleksi, SPA mərkəzləri,
Xınalıq kəndi,
qədim xalçaçılıq
sənətinin inciləri
rayonun simasının
təzahürləridir.
Quba
rayon mədəniyyət və
turizm mərkəzinin
əməkdaşı Mətləb Şıxbabayev
bizimlə söhbətdə
dedi ki, Qubadakı istirahət mərkəzləri ilin bütün fəsillərində
fəaliyyət göstərir.
Rayonda bu sahədə çalışanlar vaxtaşırı
xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar.
İstirahət mərkəzlərinin təkcə xarici görkəmi deyil, daxili xidmətləri də müasir qaydalara cavab verməlidir. Qubada buna
xüsusi diqqət yetirirlər.
Qubanın coğrafi mövqeyi, təbii şəraiti elədir ki, hamının diqqətini cəlb edir. Bu yerlərdə
turizmin daha geniş miqyas alması, inkişafı üçün hər cür şərait var. Əlaqədar təşkilatların
əsas vəzifəsi bu
səfalı guşələrdə,
əsrarəngiz təbiətin
qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində
qurulmasına nail olmaqdan
ibarətdir.
Respublikamıza təşrif buyuran turistlərin böyük bir hissəsi məhz bu bölgəni
seçir. Onu da bildirək ki, turist təkcə pul xərcləyən deyil, həm də informasiya daşıyıcısıdır.
Turistin səfər etdiyi yerlərin təbiəti, yol-rizi, səfalı bulaqları barədə öz ölkəsinə daşıdığı məlumatın
əhəmiyyəti böyükdür.
İstirahət zamanı qarşılaşdığı
və yaxud heç vaxt görmədiyi qeyri-adi nə varsa, bunları yaddaşında
saxlayan turist özündən sonra həmin yerlərə yeni axının təşkilatçısına çevrilir.
M.Şıxbabayev bildirdi ki, digər
bir məsələ süfrə mədəniyyətinə
diqqət yetirilməsidir. Milli adət-ənənəmizə,
mətbəxdə, süfrədə
səliqə-sahmana, nəzakətli
davranışa xüsusi
fikir verilməlidir.
Turizm mövsümünün
əvvəllərində əməkdaşlarımız
"Məstərgah", "Nazlı bulaq",
"Retro", "Şane", "Cənnət bağı" istirahət mərkəzlərində olaraq,
müasir tələblərin
yerinə yetirilmə qaydalarını yoxlamışlar.
Nəticələr ürəkaçandır,
çünki hələ
keçən ildən
başlayaraq yaradılan
kurslarda təcrübə
toplayan gənclər xidmət qaydalarına yiyələnmişlər.
İyun
ayından başlayaraq
həftənin şənbə
və bazar günləri
Qubanın mərkəzində
xüsusi konsert proqramları təşkil
edilir. Girəcəkdə
inşa edilən möhtəşəm Heydər
Əliyev seyrəngahında hər
gün onlarla xarici ölkədən gəlmiş
turistlərlə rastlaşmaq
mümkündür. Buradakı Heydər
Əliyev və gənclər mərkəzləri,
yaşıl teatr, əzəmətli musiqili fontan qonaqların yaddaşında xüsusi izlər buraxır. Həmçinin dövlət rəmzləri,
tariximiz barədə məlumatlar səsləndirilir.
Tədbirlərdə Azərbaycanın tanınmış şairlərinin
şeirləri oxunur, yazıçıların əsərlərindən
səhnələr göstərilir.
Axşamlar xüsusi viktorinalar
keçirilir. Sonrakı aylarda
kəndlərdə konsert
proqramları ilə çıxışlar edilir.
Konsert proqramlarında təkcə
yerli musiqiçilər
deyil, respublikanın tanınmış müğəniləri
də çıxış
edirlər.
Piyada gəzintilər
turistlərin ən çox üstünlük
verdikləri hərəkət
vasitəsidir. Yaşıl meşələr, sıx ormanlar buraya gələnləri, sözün həqiqi mənasında valeh edir. Ayağı həmişə mərmər üstə olanların torpağa ehtiyacı olur. Bəzən onların çoxu çadırlarda qalmağa
üstünlük verirlər.
Onu da vurğulayaq ki, ölkəmizə təşrif buyuran turistlərin sayının
artmasına əsas səbəb iqtisadi yüksəlişimizdir. Təkcə
ötən il Qubaya gələn turistlərin sayı əvvəlki onillikdəkindən
qat-qat çox olub.
Bu gün Qubanın
elə bir kəndini, elə bir guşəsini tapmazsan ki, orada
xarici ölkələrdən
gəlmiş turistlərlə
rastlaşmayasan. Bəzən bu insanlar dəstə-dəstə velosiped,
yaxud motosikletlərlə
Qubada istirahət etməkdən zövq alırlar.
Nazirlər Kabinetinin bu ilin ilk altı ayının yekunlarına
dair keçirilən yığıncaqda Azərbaycan
Prezidenti İlham Əliyev bildirmişdir:
"Azərbaycanın nefti
var və buna görə ölkə iqtisadiyyatı
inkişaf edir. Əlbəttə, son illərdə bu amil öz
rolunu oynamışdır.
Ancaq bizim uğurlu siyasətimizin nəticəsində
bu gün neftdən asılılıq
böyük dərəcədə
aşağı düşmüşdür
və ümumi daxili məhsulumuzun böyük hissəsi qeyri-neft sektorunda yaranır".
Respublikamızda həyata keçirilən
uğurlu iqtisadi siyasət nəticəsində bu asılılıq azalmaqdadır. Qeyri-neft sektorunun inkişafı neçə-neçə sahədə
sıçrayışa səbəb
olmuşdur. Turizmin inkişafı
bu istiqamətdə xüsusilə diqqəti cəlb edir. Bu gün Qubada təkcə turizm deyil,
eyni zamanda milli adətlərimizə
uyğun bir brend formalaşır. Gələcəkdə onun daha da inkişaf etdirilməsi gərəkdir.
Çünki Şimal bölgəsinin
turizm potensialı zəngindir. Qubada bu sahədə işlər isə artıq start vəziyyətindən
sonrakı mərhələdədir.
Akif ƏLİYEV
Azərbaycan. - 2014.- 1 avqust.- S. 4.