VI Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində daha bir kamera musiqisi axşamı hərarətlə qarşılandı

 

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq sona çatmaqdadır.

AzərTAc xəbər verir ki, festivalın proqramına uyğun olaraq iyulun 31-də tanınmış türkiyəli pianoçuların müşayiəti ilə növbəti maraqlı konsert proqramı təqdim edildi.

Konsertdə tamaşaçılar tərəfindən hərarətlə qarşılanan türkiyəli pianoçular BaharUfuk Dördüncü dueti Sergey Prokofyevin, Moris Ravelin əsərlərini təqdim etdi.

Türkiyənin xoşməramlı səfiri adını almış BaharUfuk Dördüncü dueti Boston, London, Drezden orkestrləri ilə İsveçrə, Belçika, Braziliya, Almaniya, Çexiya və digər xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış edib.

Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan duet instrumental musiqinin ən parlaq ulduzlarından biridir.

 

Azərbaycan. - 2014.- 1 avqust.- S. 5.