Şəmkirçay dəryaçasında işlər yekunlaşmaq üzrədir

 

Uca bir zirvənin başından boylanırıq. Qarşıda əsrarəngiz mənzərə açılır. Qoşa dağın  arasında qızğın gedir. Müxtəlif texnika aramsız işləyir. Maşınlar belədən-beləyə  şütüyür. Dəryaçanın məcrasında dərələr, təpələr hamarlandıqca göz oxşayan bir mənzərə yaranır. Öndə çox enli bir bənd tikilir. Dağların arasından sağ sol su kanalları nəhəng qollar kimi uzanıb gedir.

Burada müasir dövrün ən nəhəng obyektlərindən biri - Şəmkirçay dəryaçası  yaradılır. Çox əzəmətli bir obyektdir. Dövlət başçısı İlham Əliyev hər dəfə ölkəmizin  quruculuq işlərindən danışarkən Şəmkirçay Su Anbarının da ölkəmizin iqtisadiyyatında, məişətində yerini, rolunu xüsusi vurğulayır. İşlər bir növ  yekunlaşmaq üzrədir. Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi  inkişafının yekunlarına həsr olunmuş toplantısında dövlət başçısı dedi ki, "bu il  Şəmkirçay Su Anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaqdır".

Gündən-günə geniş miqyas alan meliorasiya obyektlərinin sırasına nəhəng bir qurğunun adı yazılır. Bu, müstəqil ölkəmiz üçün çox gərəkli bir obyektdir. Onun   vacibliyi barədə hələ sovetlər dövründə  söz-söhbət  gedirdi. Ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində belə bir  su qovşağını yaratmaq istəyirdi. Təəssüf  ki, o dövrdə bu dəyərli xoş bir istək olaraq qaldı. Xalqın ümummilli lideri Heydər Əliyevin  müqəddəs arzusu Azərbaycan müstəqillik əldə edəndən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin qayğısı diqqəti ilə reallığa çevrilir.

Bu yerlərdə 2009-cu ilin 25 may gününü iftixarla xatırlayırlar. Dövlət başçısı İlham Əliyev  Şəmkirçay Su Anbarının təməlqoyma mərasiminə gəlmişdi. Dəryaçayda görülən işlərlə tanış oldu, tövsiyə tapşırıqlarını verdi. Kollektivə  uğurlar  arzuladı. Şəmkirçay dəryaçası geniş ərazini əhatə edir. Onun "ayağı" Daşkəsənlə Gədəbəy rayonlarının qovşağına qədər uzanacaq, ümumi su tutumu 170  milyon kubmetr olacaq, su səthinin sahəsi 504 hektara, bəndin hündürlüyü isə 190 metrə çatacaqdır. İşlər tamamlananda Gəncəyə içməli su veriləcək. Şəmkir, Göygöl, Samux Gədəbəy rayonlarında azı yetmiş min  hektar sahənin suvarılması təmin olunacaqdır. Dəryaçada 6 generator quraşdırılacaq və elektrik enerjisi istehsal ediləcəkdir. Ona görə də bu yerlərdə nəhəng dəryaçanı bolluq-bərəkət çeşməsi, işıq və nur mənbəyi adlandırırlar.

Bu mühüm obyektin inşası Azərbaycan MeliorasiyaSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə  həvalə olundu. Tender keçirildi, tikinti təşkilatı müəyyən edildi. Türkiyənin "Çengiz" şirkəti işə start verdi. Texnika, mal-material gəldi. Türkiyəli  mütəxəssislər  yerli  işçi  qüvvəsi  ilə  işə   başladı.  Neçə ildir obyektdə qızğın gedir. Şəmkir dağının başında, Daşkəsən və  Gədəbəy rayonlarının qovşağında nəhəng dəryaça yaradılır.

Sifarişçi təşkilatın nümayəndəsi Ayaz Qəhrəmanov deyir ki, hazırda Dəryaçayda  təqribən 600 nəfər çalışır. Çoxu da qonşu kəndlərdən gəlir. Gündə üç dəfə yemək  verilir. İşdən sonra evə gedib-gəlmək istəyənlər nəqliyyatla təmin olunurlar. Burada qalanlara  isə hər cür şəraiti olan otaqlar ayrılır. Bir sözlə, Azərbaycan-Türkiyə inşaatçıları  dağların qoynunda əsl dostluq, qardaşlıq abidəsi ucaldırlar.

Layihənin müəllifi Mehmet Səlahəddin Yazıçı çox mehriban, işgüzar adamdır. Vacib müsafiri gələn kimi özü qabağa düşür, obyekt boyu gəzdirir, görülən işlər barədə böyük həvəslə məlumat verir. Mehmet  deyir  ki, dünyanın bir sıra ölkələrində işləyiblər. Müxtəlif səviyyəli ixtiyar sahibləri ilə əlaqə-ünsiyyəti olub, lakin Azərbaycanda olan qayğı və diqqət, işgüzar mühit, birlik, böyükdən-kiçiyə kimi hər kəsdə gördüyü əsl qardaşlıq münasibəti onu valeh edir. Atəşkəsdə yaşayan ölkədəki sülh ovqatı, əmin-amanlıq və quruculuq həvəsinə qibtə etməmək mümkün deyil. Onu da bildirdi ki, dövlət  başçısı  İlham  Əliyevin  qayğı    köməyini daim  hiss  edirlər.

Dəryaçanın  məcrası, demək olar ki, hazırdır. Bəndin inşasının bitməsinə cəmi 13  metrlik bir məsafə qalır. Solsağ sahil kanallarının çəkilişində son tamamlama işləri  görülür. Dəryaçada hidroelektrik stansiyasının inşası da sürətlə gedir. Burada Fransanın  istehsalı olan ümumi gücü 56,6 meqavatlıq 6 ədəd  turbin-generator quraşdırılır.

Dağlarda xoş əhval-ruhiyyə hökm sürür. Hamı işlərin vaxtında və yüksək  keyfiyyətlə başa çatdırılmasına çalışır. Şəmkir dəryaçası görüşə hazırlaşır.

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 1.