Cəlilabadda şəhid Əhməd
Abdullayevə həsr olunmuş sənədli film təqdim
edildi
Avqustun 1-də Cəlilabad Rayon İcra Hakimiyyətinin akt zalında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Ordusunun zabiti mayor Əhməd Abdullayevin həyat yolundan bəhs edən filmin təqdimatı keçirilib. Təqdimat mərasimində şəhidin doğmaları ilə yanaşı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, layihənin rəhbəri taninmiş jurnalist Bəxriyar Qaraca, ssenari müəllifi Kəmalə Mirzəyeva və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə filimin yaradıcı kollektivinə bütün rayon sakinləri, o cümlədən şəhid zabitin ailəsi adından təşəkkürünü bildirib. Daha sonra sənədli film nümayiş etdirilib. Film Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb .
Əhməd Abdullayevin
atası Hüseynağa Abdullayev
göstərilən diqqətə görə yaradıcı
kollektivə təşəkkürünü
çatdırıb. Qeyd edək ki, Abdullayev
Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı
ildə Cəlilabad rayonunda, ziyalı ailəsində
anadan olub.1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin
birinci sinfinə gedib.
1991-ci ildə Cəmşid Naxçıvanskiadına hərbi
məktəbə daxil olub
və həmin məktəbi müvəffəqiyyətlə
bitirib.1992-ci ildə təhsilini davam etdirmək
məqsədilə İstanbul şəhər
hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara
Hərbi Akademiyasında təhsilini davam
etdirib.Dünyanın bir çox
ölkələrində (Almaniya,
İsveçrə) keçirilən hərbi təlimlərdə
iştirak edib. 2001-ci
ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində
çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda
yerləşən "N" saylı hərbi hissədə
xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev
2010-cu ilin sentyabr
ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi
dövüş
tapşırığını yerinə yetirərkən qəhrəmancasına
həlak olub. İki oğlu var. 28 dekabr 2010-cu ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub
saxlanılmasında igidlik göstərdiyinə
görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra "İgidliyə görə"
medalı ilə təltif edilmişdir.
Azərbaycan. - 2014.- 2 avqust. - S. 4.