Quba məktəbliləri «Ölkəmizi tanıyaq» tur-aksiyasının ilk iştirakçıları arasında

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, avqustun 1-dən sentyabrın 6-dək respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.

AzərTAc xəbər verir ki, avqustun 1-də Quba rayonunun ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət qrup İsmayıllı-Şəki-Qəbələ marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak etmək üçün yola düşdü. Tur-aksiyada 40 şagirdlə bərabər, 5 müşayiətçi də yer alıb.

 

Azərbaycan. - 2014.- 2 avqust.- S. 5.