Qəbələnin hər daşı, hər
qayası bir tarixdir
"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının Quba rayonundan olan iştirakçıları avqustun 1-də axşam saatlarında İsmayıllı rayonundan Qəbələyə gəldilər.
Qəbələdəki "Qafqaz Yeddi Gözəl" otelində yüksək səviyyədə qarşılanan və yerləşdirilən qubalı şagirdlər proqrama uyğun olaraq avqustun 2-də rayonun tarixi-mədəni abidələri, turizm obyektləri, muzeyləri ilə tanış olacaqlar.
Şagirdlərlə birgə Qəbələyə gələn "A la Carte Travel" turizm şirkətinin tur rəhbəri Aysel Nuriyeva AzərTAc-a müsahibəsində ölkəmizlə bağlı geniş maarifləndirici xarakter daşıyan bu tur-aksiyanın əhəmiyyətini yüksək qiymətləndirdi.
Bildirdi ki,
Prezident İlham
Əliyevin tapşırığına əsasən, orta məktəblərin IX-XI sinif
şagirdləri üçün Azərbaycanın
bölgələrini gəzmək imkanı yaradılıb. Tur-aksiyada iştirak edən
şagirdlər səyahət zamanı şəhər və
rayonlarımız barədə eşitdikləri və kitablardan oxuduqları məlumatlarla, eləcə
də ölkəmizin tarixi, mədəniyyəti
və turizm imkanları ilə əyani
şəkildə tanış olurlar. Biz Azərbaycanın dilbər guşələrindən
olan Qəbələyə ölkəmizin
daha bir cənnət məkanından
- İsmayıllıdan gəlmişik. İnanırıq ki, buradan da
xoş təəssüratlarla
ayrılacağıq. Axı, Azərbaycanın
67 şəhər və rayonundan 14 minə
yaxın IX-XI sinif şagirdini
əhatə edən və "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici
tur-aksiyaların səfər proqramına daxil
edilmiş Qəbələnin hər
daşı, hər qayası bir tarixdir.
Azərbaycan. - 2014.- 2 avqust.- S. 5.