Azərbaycan Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatlarının
Milli Konfederasiyası arasında 2014-2015-ci illər
üçün Baş Kollektiv Sazişin bağlanması
haqqında
Azərbaycan
Respublikasının Nazirlər Kabineti
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyasının qərarı
№ 227 Bakı şəhəri,
10 iyul 2014-cü il
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Sazişin bağlanması haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).
Artur
RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Səttar
Mehbalıyev,
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının sədri
Məmməd
Musayev,
Azərbaycan
Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatlarının Milli Konfederasiyasının
prezidenti
Azərbaycan
Respublikasının Nazirlər
Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları
Konfederasiyası və
Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər)
Təşkilatlarının Milli
Konfederasiyası arasında 2014-cü il
10 iyultarixli 227 nömrəli qərarla
bağlanmışdır
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar(İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında2014-2015-ci illər üçün
BAŞ KOLLEKTİV SAZİŞ
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (bundan sonra – Tərəflər) mövcud beynəlxalq və ölkə qanunvericiliyinə əsaslanaraq sosial-iqtisadi siyasəti və sosial-əmək münasibətləri üzrə 2014-2015-ci illər üçün razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.
Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətdə ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin və əmək məhsuldarlığının yüksəldilməsinə, stabil məşğulluğa və əmək bazarının səmərəli infrastrukturunun inkişafına, iş yerlərinin təhlükəsizliyinə kömək edəcək şəraitin yaradılmasına, işçilərin və onların ailələrinin yaşayışının keyfiyyətinin artırılmasına, yoxsulluğun azaldılması istiqamətində tədbirlərin davam etdirilməsinə, sosial və makroiqtisadi sabitliyin qorunub saxlanılmasına və əhalinin sosial müdafiəsinin təmin edilməsinə istiqamətlənən sosial-iqtisadi siyasətin həyata keçirilməsi Sazişin prioritet məqsədlərini təşkil edir.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.
Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinəçalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.
1. İqtisadi siyasət
sahəsində
Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdiril-məsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinəistiqamətləndirilməlidir.
Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:
1.1. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdiril-məsinə kömək etmək;
1.2. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətlən-dirmək;
1.3. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;
1.4. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;
1.5. ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səyləri davam etdirmək;
1.6.sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;
1.7. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq;
1.8. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət maliyyə dəstəyini davam etdirmək, bu dəstəyin səmərəli təşkil olunması məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək;
1.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək;
1.10. regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi potensialı və infrastrukturu əks etdirən məlumat banklarının yaradılmasını başa çatdırmaq və bu informasiya mənbələri haqqında məlumatın yayılması üçün tədbirlər görmək;
1.11. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə dəstək vermək;
1.12. qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirləri davam etdirmək;
1.13. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;
1.14. dövlət büdcəsinin gəlir və xərclərinin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin optimallaşdırılması istiqamətində işləri davam etdirmək;
1.15. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafını, bu istiqamətdə aparılan tədbirlərin gücləndirilməsini, onların daha çevik həyata keçirilməsini, onun idarəçiliyinin və strukturunun təkmilləşdirilməsini, daxili bazarın dolğun təminatını, xarici bazarlara çıxış imkanlarının gücləndirilməsini təmin etmək;
1.16. gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq;
1.17. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;
1.18. istehlak bazarında qiymətlərin əsassız artmasına təsir göstərən inhisarçılığın, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış yüksək qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq;
1.19. ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsinə nail olmaq və onun üzərində birgə nəzarəti təşkil etmək;
1.20. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq;
1.21. ölkəyə gətirilən ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək;
1.22. institusional, idarəetmə və struktur
islahatlarını davam etdirmək;
1.23. inflyasiyanın məqbul səviyyədə
saxlanılması məqsədi ilə müvafiq tənzimləmə
üsullarından fəal istifadə etmək;
1.24. ölkənin qeyri-neft sektoruna xarici
investisiyaların miqyasını daha da genişləndirmək
məqsədi ilə xarici investorlar üçün
stimullaşdırıcı mexanizmlər üzrə təkliflər
hazırlamaq;
1.25. Azərbaycan
Respublikasının Rəqabət Məcəlləsinin qəbul
olunmasınınsürətləndirilməsi
üçün təsirli tədbirlər görmək;
1.26. idxalı əvəz edəcək və
ixracyönlü məhsulların istehsalını və
ixracını stimullaşdıran tədbirləri həyata
keçirmək;
1.27. torpaqların münbitliyinin qorunması və
artırılmasına dair tədbirlər planının
hazırlanması və həyata keçirilməsinə nəzarəti
gücləndirmək, şoranlaşmış, eroziyaya
uğramış torpaqlarda sağlamlaşdırma tədbirlərini
həyata keçirmək.
Tərəflər
iqtisadiyyatın bütün sahələrində Ümumi
Daxili Məhsulun aşağıda qeyd olunan real artım
göstəricilərininproqnozlaşdırılmasını zəruri
hesab edirlər:
-
2014-cü ildə 4,3 faiz, 2015-ci ildə 6,5
faiz, o cümlədən sənaye istehsalında müvafiq
olaraq 2,2 faiz və 2,9 faiz;
- kənd, meşə və
balıqçılıq təsərrüfatlarında 5,9 faiz
və 5,4 faiz;
- əhalinin pul gəlirləri 6,8 faiz və 6,6
faiz.
2. Əməyin ödənilməsi, əhalinin
gəlirləri və həyat səviyyəsi
Tərəflər qeyd olunan müddətdə
işçinin əmək hüququnu təmin edən kompleks
tədbirlərin işlənilməsini və həyata
keçirilməsini, real əməkhaqqının
artırılmasını, əhalinin həyat səviyyəsinin
yaxşılaşdırılmasını və gəlirlər
siyasətinin təkmilləşdirilməsini zəruri hesab
edirlər.
Bu məqsədlə
Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi,
işçilərin ixtisas dərəcələrinin
artırılması, əməyin məhsuldarlığının
yüksəldilməsi məqsədi ilə
aşağıdakı öhdəlikləri
götürürlər:
2.1. Beynəlxalq
Əmək Təşkilatı ilə əməkdaşlıq
çərçivəsində Layiqli Əmək Üzrə
Ölkə Proqramını imzalamaq və onun icrasını təmin
etmək;
2.2.
“Yaşayış minimumu haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq minimum əməkhaqqı
məbləğinin, pensiyaların baza hissəsinin, ehtiyac
meyarının həddinin ölkə üzrə
yaşayış minimumu səviyyəsinə
çatdırılması üzrə işləri davam etdirmək;
2.3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsində
“minimum əməkhaqqı” anlayışının Beynəlxalq
Əmək Təşkilatının 131 nömrəli
Konvensiyasında verilən tərifə
uyğunlaşdırılması, bu göstəricinin
inflyasiya nəzərə alınmaqla indeksləşdirilməsi
barədə mülahizənin qanuna daxil edilməsi ilə
bağlı məsləhətləşmələr aparmaq;
2.4. əməyin ödənişinə sərf
olunan vəsaitin Ümumi Daxili Məhsulda xüsusi çəkisinin
əhəmiyyətli dərəcədə
artırılmasına nail olmaq;
2.5. əməkhaqlarının, pensiyaların,
müavinətlərin vaxtında ödənilməsini davam
etdirmək;
2.6. əməkhaqqı səviyyələri
arasında qeyri-mütənasibliyin aradan qaldırılması
məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi
prosesini davam etdirmək;
2.7. kişi və qadın işçilər tərəfindən
həyata keçirilən eyni işlər üçün bərabər
həcmdə əməyin ödənilməsini davam etdirmək;
2.8. gender bərabərliyinin təmin edilməsi
baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək;
2.9. beynəlxalq təcrübəyə əsaslanaraq
peşə ixtisasları üzrə standartların
hazırlanmasını davam etdirmək;
2.10. ölkə üzrə orta əməkhaqqı
miqdarından az maaş alanların sayını əhəmiyyətli
dərəcədə aşağı salmaq məqsədi ilə
təsirli tədbirlər həyata keçirmək;
2.11.
qeyri-formal əmək münasibətlərinin
qarşısını almaq məqsədi ilə
işçiləri əmək müqaviləsi (kontraktı)
hüquqi qüvvəyə minmədən işə cəlb
edən və onlara qeyri-rəsmi ödənişlər verən
işəgötürənlər üzərində sosial tərəfdaşların
birgə nəzarətini gücləndirmək;
2.12. əmək müqaviləsi bildirişlərinin
elektron informasiya sistemində qeydiyyata alınmasını həyata
keçirmək;
2.13. minimum istehlak səbətinin tərkibinə
yenidən baxmaq;
2.14. işçilərə istifadə
olunmamış əmək məzuniyyəti üçün
kompensasiya ödənilməsinə nəzarəti gücləndirmək;
2.15. müəssisə və təşkilatlarda əməyin
normalaşdırılması istiqamətində aparılan
işlərə diqqəti artırmaq;
2.16. istehsal olunan məhsulun maya dəyərində əməyin
ödənilməsinin payını əks etdirən məlumatlar
ətrafında məsləhətləşmələr
apararaq, bu sahədə vahid siyasəti
müəyyən etmək.
3. Əmək bazarının
inkişafı və əhalinin məşğulluğunun təminatları
Tərəflər
hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və
innovasiyalı inkişafı ixtisaslı işçilərə
tələbatı formalaşdırmalı, yüksək məhsuldarlıqla,
təhlükəsiz əmək şəraiti və layiqli əməkhaqqı
ilə səciyyələnən səmərəli iş yerlərinin
yaradılması ilə müşayiət olunmalıdır.
Bu proseslər
əhalinin məşğulluğu və insan
resurslarının inkişafı sahəsində məqsədyönlü
dövlət siyasəti ilə və sosial tərəfdaşların
qarşılıqlı əməkdaşlığı şəraitində
aşağıdakı istiqamətlərdə tədbirlər
həyata keçirməklə dəstəklənməlidir:
- əmək bazarına dair informasiya sisteminin təkmilləşdirilməsi;
- məşğulluq sahəsində dövlət
siyasətinin səmərəliliyinin və dövlət xidmətlərinin
keyfiyyətinin artırılması;
- işçi qüvvəsinin keyfiyyətinin
yaxşılaşdırılması və onun peşəkar
mobilliyinin inkişafı;
- əmək bazarı və məşğulluq
sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi;
- əmək miqrasiyasının səmərəliliyinin
artırılması.
Bununla əlaqədar
Tərəflər aşağıdakı öhdəlikləri
götürürlər:
3.1. “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, məşğulluq sahəsində
razılaşdırılmış siyasəti həyata
keçirmək məqsədi ilə sosial tərəfdaşların
və müvafiq qeyri-hökumət təşkilatlarının
nümayəndələrindən ibarət respublika əlaqələndirmə
komitəsinin yaradılmasını təmin etmək;
3.2. əmək, məşğulluq və əmək
miqrasiyası sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini
davam etdirmək;
3.3. Azərbaycan
Respublikası Prezidentinin 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə 2011-2015-ci illər
üçün Dövlət Proqramı”nda nəzərdə
tutulmuş tədbirlərin icrasını təmin etmək;
3.4. gənclərin məşğulluğunun təmin
edilməsinə, onların kənd yerlərində
çalışmasını həvəsləndirən
imtiyazlar sisteminin təkmilləşdirilməsinə, əmək
şəraitinin yaxşılaşdırılmasına, həyat
səviyyəsinin yüksəldilməsinə, tələbə
və şagirdlərin, gənc işçilərin və
mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə
istiqamətləndirilən tədbirləri dəstəkləmək;
3.5. ordudan tərxis olunmuş gənclərin əvvəlki
iş yerlərinə və vəzifələrinə bərpa
olunmasına nəzarəti gücləndirmək, onların
peşələrinə uyğun müvafiq işlə təmin
olunmasına nail olmaq;
3.6. əmək qanunvericiliyinin tələblərinə
riayət olunması üzərində sosial tərəfdaşların
nəzarətini gücləndirmək;
3.7. işsizliyə görə müavinətin, həmçinin
peşə hazırlığı, əlavə təhsil
üzrə təqaüdün minimum məbləğinin
yaşayış minimumunun həddinə
çatdırılması istiqamətində işlərin davamı olaraq
müvafiq təkliflər hazırlamaq;
3.8.
qeyri-formal əmək münasibətlərinin
leqallaşdırılması istiqamətində təsirli tədbirlər
həyata keçirmək;
3.9. inkişaf edən iqtisadiyyatın tələblərinə
uyğun olaraq texniki-peşə və orta ixtisas təhsil sistemində
islahatların həyata keçirilməsi üzrə dövlətin
və sahibkarların (biznesin) birgə təkliflərini
hazırlamaq;
3.10. əmək bazarının tələblərinə
uyğun olaraq kadr hazırlığının
proqnozlaşdırılması sisteminin yaradılmasına dair
zəruri tədbirlər görmək;
3.11. işçilərin əmək
hüquqlarını davamlı surətdə təmin etmək
məqsədi ilə əsassız olaraq müddətli
müqavilələrin bağlanmasına yol verməmək;
3.12. əhalinin həssas qruplarının məşğulluq
imkanlarının genişləndirilməsi istiqamətində
işləri davam etdirmək;
3.13. valideyn himayəsindən məhrum olub, tərbiyə,
müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində
və digər analoji müəssisələrdə qalan
uşaqların həmin müəssisələrdən
qayıtdıqdan sonra işə düzəldilməsinin
qayğısına qalmaq;
3.14. ölkə və regionlar üzrə məşğulluq
proqramlarının tam həcmdə maliyyələşdirilməsini
təmin etmək və bu məqsədlər üçün
ayrılmış vəsaitin səmərəli istifadə
olunmasına nəzarəti gücləndirmək;
3.15. respublika və regionlar üzrə əmək
resursları balansının tərtib edilməsi
üçün tədbirlər görmək;
3.16. mövcud iş yerlərinin saxlanmasını və
layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən
işəgötürənlər üçün həvəsləndirici
tədbirləri genişləndirmək;
3.17. əhalinin,
xüsusilə iş axtaran və işsiz vətəndaşların
məlumatlandırılması istiqamətində reklam-informasiya
işini genişləndirmək, yeni yaradılmış
iş yerləri haqqında təfsilatlı informasiya
bazasını yaratmaq və geniş ictimaiyyətə
çatdırmaq;
3.18. əmək bazarında məşğulluq və
işsizlik səviyyəsinin real vəziyyətinin
düzgün qiymətləndirilməsi məqsədi ilə iqtisadi
zonalar üzrə təhlil
işlərini davam etdirmək;
3.19. ali, orta ixtisas, ilk peşə-ixtisas və ümumi təhsil müəssisələrinin
tələbə və
şagirdlərinə əmək qanunvericiliyinin əsasları
üzrə mühazirələr oxunmasını təşkil
etmək;
3.20. məşğulluq məsələləri üzrə
ölkə regionlarında yaradılmış əlaqələndirmə
komitələrinə kömək etmək;
3.21. əmək resurslarının daxili ərazi
mobilliyinihəvəsləndirən stimullar sisteminin gücləndirilməsi
sahəsində məsləhətləşmələr
aparmaq;
3.22. Beynəlxalq Əmək
Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa
köməklik və işsizlikdən müdafiə
haqqında” 168 nömrəli Konvensiyasının
ratifikasiya imkanlarını
araşdırmaq;
3.23. yeni yaradılan iş yerlərinin layiqli əmək
normalarının tələblərinə uyğun gəlməsinə
dair monitorinqlər keçirmək;
3.24. əməkçi miqrantların
hüquqlarının müdafiəsi üzrə dövlətlərarası
əməkdaşlığı həyata keçirmək,
ölkələrarası sazişlərin
bağlanılması təcrübəsindən istifadə etmək;
3.25.
qeyri-formal məşğulluğun və əmək
miqrasiyasının real vəziyyətinin öyrənilməsinə
və onu yaradan səbəblərin aradan
qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə
bağlı ictimaiyyətin məlumatlandırılmasına
dair işləri davam etdirmək;
3.26. sosial infrastrukturyönlü işlərin
inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin
dirçəldilməsi və inkişafı, turizm-istirahət
zonalarının yaradılması və bu sahələrə
investisiyaların artırılması hesabına
qadınların məşğulluq səviyyəsinin
artırılması;
3.27. gənclərə, qadınlara, xüsusilə
də 20-30 yaşlı qadınlara yeni peşələrin
öyrədilməsinə və ixtisaslarının artırılmasına
dair işlərin gücləndirilməsi.
4. Sosial müdafiənin gücləndirilməsi
istiqamətləri
Tərəflər
Azərbaycan Respublikası vətəndaşlarının
sosial müdafiəsi üzrə hüquqlarının təmin
edilməsi üçün aşağıda göstərilən
tədbirlərin həyata keçirilməsini zəruri hesab
edirlər:
4.1.əhalinin
sağlamlığının mühafizəsi üzərində
ictimai nəzarətin gücləndirilməsi;
4.2.
İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə
və digər xroniki xəstəliklərə tutulanların
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində
tədbirlərin davam etdirilməsi;
4.3. məktəbəqədər təhsil müəssisələrində
uşaq qidasının keyfiyyətinin
yaxşılaşdırılması məqsədi ilə
müvafiq tədbirlərin həyata keçirilməsinin davam
etdirilməsi;
4.4. məktəb tətilləri zamanı
uşaqların istirahətinin təşkili işinin davam
etdirilməsi;
4.5.
müəssisə və təşkilatların mənzilə
ehtiyacı olan işçilərinin mənzillə təmin
edilməsinin təşkili və Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinin
28-ci maddəsinə uyğun olaraq
qəza vəziyyətində olan yaşayış sahələrinin
(mənzillərin, binaların) mülkiyyətçi
orqanları (nazirlik, komitə, birlik və digər) tərəfindən
tədricən yararlı vəziyyətə gətirilməsi
və burada yaşayanlarıntəhlükəsizliyinin təmin
edilməsi;
4.6. sığortaolunanların sanatoriya-kurort
müalicəsi üzrə xərclərinin Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsində
nəzərdə tutulan vəsait daxilində maliyyələşdirilməsinin təmin edilməsi, ayrılan vəsaitin
səmərəliliyininartırılmasına nail olunması,
sanatoriya-kurort yollayışlarının dəyərinin qismən
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə
Fondunun orqanlarına vaxtında ödənilməsinin təmin
edilməsi;
4.7. səhiyyə sistemində dövlət
sektorunun prioritet rolunun saxlanması və özəl tibb
sektoruna dövlət müəssisələrindən təcrübəli
həkim personalı axınının
qarşısının alınması məqsədi ilə səhiyyə
işçilərinin maddi təminatının
yaxşılaşdırılması, vətəndaşlara
tibbi xidmətin dövlət təminatları əsasında
ödənişsiz göstərilməsinin davam etdirilməsi;
4.8.
iş yerlərində qadınların təbii və
reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə
cavab verə biləcək sanitariya-gigiyena normalarının
işlənib hazırlanması;
4.9. işəgötürənlər
tərəfindən sığortaolunanlar barədə fərdi
uçot haqqında qanunvericiliklə müəyyən
olunmuş məlumatların vaxtında verilməsinin təmin
edilməsi;
4.10. müəssisə,
təşkilat və idarələrdə işçilərin
məzuniyyət hüququndan istifadə etmələrinə nəzarətin
gücləndirilməsi;
4.11. təhlükə
mənbəyinə malik olan müəssisələrin işəgötürənləri
tərəfindən işlərin görülməsi ilə əlaqədar
olaraq, sığorta risklərinin sığortalanmasının
müəyyən olunmuş qaydada aparılmasına nəzarətin
gücləndirilməsi;
4.12. əhaliyə
şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin
ayrılması prosesinin və mənzil tikintisi
üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə,
tikinti materiallarının qiymət və keyfiyyətinə nəzarətin
gücləndirilməsi;
4.13. müəssisə
və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil
sahəsinin işçilər arasında
bölüşdürülməsi (paylanması) haqqında
nümunəvi qaydaların hazırlanıb qəbul
olunması;
4.14. uşaq əməyinin, məcburi əməyin
və insan alverinin aradan qaldırılmasını təmin edən,
əmək miqrasiyasını tənzimləyən dövlət
sosial proqramlarının dəstəklənməsi, birgə
monitorinqlərin təşkil edilməsi;
4.15. ölkənin
şəhər və rayonlarında məktəbyaşlı
uşaqların təhsildən yayınması
hallarının üzə çıxarılması, onun səbəblərinin
araşdırılması və uşaqların məktəblərə
qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar
ittifaqı və təhsil orqanlarının nümayəndələrindən
ibarət komissiyaların yaradılması;
4.16. ali, orta ixtisas, ilk peşə-ixtisas və
ümumi təhsil müəssisələrinin proqramlarına
“Gender siyasətinin əsasları”nın tədrisinin daxil
edilməsinə nail olunması;
4.17. ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili
müəssisələrində təhsil alan tələbə
və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi
ilə təkliflərin hazırlanması;
4.18.
ödənişli əsas məzuniyyəti 21 təqvim
günü olan işçilərin
əsas məzuniyyətinin aşağı həddini 28 təqvim
günü müəyyən edən Avropa Sosial
Xartiyasının 2-ci maddəsinə qoşulmaq
üçün səy göstərilməsi;
4.19. uşağa bilavasitə qulluq edən şəxsin
qismən ödənişli sosial məzuniyyətdən istifadə
etdiyi müddətin əmək və sığorta
stajına daxil edilməsi
üçün birgə müzakirələrin
aparılması;
4.20. tibbi, peşə
və sosial reabilitasiya keçən şəxslərin
bu müəssisələrdə olduğu müddətdən
asılı olmayaraq, müəssisənin ləğv edilməsi
halları istisna olmaqla, işəgötürənin təşəbbüsü
ilə əmək müqaviləsinin ləğv edilməsinə
yol verilməməsi;
4.21. sığorta-pensiya
sisteminin dayanıqlı və dinamik inkişafına nail
olunması məqsədi ilə islahatların davam etdirilməsi;
4.22. işəgötürənlər
tərəfindən sosial sığorta haqlarının
vaxtında və tam həcmdə köçürülməsi
üzərində birgə nəzarəti gücləndirmək;
4.23. Beynəlxalq Əmək Təşkilatının
“Sosial təminat (minimum normalar) haqqında” 102 nömrəli və
“Əlillik, yaşlılıq və ailə
başçısının ölümü ilə əlaqədar
müavinət haqqında” 128 nömrəli
konvensiyalarının ratifikasiya edilməsi imkanlarının
araşdırılması;
4.24. fərdi uçot sistemində fərdi hesabların sığorta
hissəsində toplanmış pensiya kapitalı məbləğləri
haqqında sığorta olunanların məlumatlandırılması
istiqamətində tədbirlərin davam etdirilməsi;
4.25. icbari tibbi sığortanın tətbiqinə
nail olunması istiqamətində müvafiq tədbirlərin həyata
keçirilməsi;
4.26. işsizlik müavinəti aldığı
dövrdə vəfat edən şəxsə dəfn
müavinətinin verilməsi məsələsinə
baxılması.
5. Əmək hüquqlarının
müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji
təhlükəsizlik
Əmək
hüquqlarının müdafiəsini, əməyin
mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın
əsas istiqamətlərindən biri kimi qiymətləndirərək,
Tərəflər aşağıdakı öhdəlikləri
götürürlər:
5.1. içməli su və onun təchizatının
keyfiyyəti barədə qanun layihəsini hazırlamaq;
5.2. aşağıdakı məsələlər
üzrə proqramlar hazırlayıb qəbul etmək:
5.2.1. əməyin
mühafizəsi və əmək şəraitinin
yaxşılaşdırılması;
5.2.2. istehsalat tullantılarının
utilizasiyası;
5.3. aşağıdakı normativ sənədləri
işləyib hazırlamaq və təsdiq etmək:
5.3.1. tikintidə əməyin mühafizəsi
üzrə norma və qaydaları;
5.3.2. peşə xəstəliklərinin təhqiqi və
uçota alınması qaydaları;
5.4. əməyin mühafizəsi üzrə
mütəxəssislərin hazırlanması,
ixtisaslarının artırılması, təcrübə
mübadiləsinin aparılması üçün şərait
yaratmaq;
5.5. əməyin mühafizəsi tələblərinin
gücləndirilməsi məqsədi ilə əmək
qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər
hazırlamaq;
5.6. qanunvericilikdə nəzərdə tutulmuş
hallarda işçilərin ilkin və dövri tibbi müayinədən
keçirilməsini təmin etmək və bu istiqamətdə
nəzarəti gücləndirmək;
5.7. əmək şəraitindən asılı
olaraq işçilərin müalicəvi profilaktik yeməklərlə
təmin olunmasına nəzarəti gücləndirmək;
5.8. əmək şəraiti zərərli və təhlükəli
olan istehsalatlarda işləyənlər üçün
kollektiv və fərdi mühafizə vasitələrinin
istehsalını təşkil etmək;
5.9.
iş yerlərində, o cümlədən sənaye müəssisələrində
insanların sağlamlığının qorunması məqsədi
ilə ekoloji təhlükəsizliyi təmin etmək;
5.10. Beynəlxalq
Əmək Təşkilatının “Əməyin təhlükəsizliyi
və gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli,
“Kənd təsərrüfatında əməyin təhlükəsizliyi
və gigiyenası haqqında” 2001-ci il tarixli 184 nömrəli,
“Əmək təhlükəsizliyinin və
gigiyenasının təmin edilməsi əsasları
haqqında” 2001-ci il tarixli 187 nömrəli konvensiyalarına
Azərbaycan Respublikasının qoşulması üçün
tədbirlər görmək;
5.11. alternativ enerji (su, külək və günəş
enerjisi) mənbəyindən geniş istifadə etmək məqsədi
ilə “Azərbaycan Respublikasında alternativ və bərpa
olunan enerji mənbələrindən istifadə olunması barədə
Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin
həyata keçirilməsini davam etdirmək;
5.12. əməyin təhlükəsizliyi
normaları və standartları üzrə milli informasiya
sistemini yaratmaq;
5.13. işçilərin təhlükəsiz iş
şəraitini təmin etmək məqsədi ilə nazirlik,
komitə və digər icra
strukturlarında təkmilləşdirmə
aparılmaqla, “Əməyin mühafizəsi xidməti”ninyaradılmasını
təmin etmək;
5.14. Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən
tərəfindən işçilərin istehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığortalanmasını təmin etmək;
5.15. “Bədən
tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə əsasən:
5.15.1. işçilərə
bədən tərbiyəsi və idmanla, o cümlədən
iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə
məşğul ola bilmələri üçün lazımi
şərait yaratmaq;
5.15.2. işçilərə və onların ailə
üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul
olmaq üçün balanslarında olan idman obyektləri və
bazalarını təmənnasız təqdim etmək, bu idman
obyektlərinin və bazaların saxlanılmasını, əsaslı
və cari təmirini həyata keçirmək;
5.16. işçilərə əmək qabiliyyətlərinin
yüksəldilməsi və
sağlamlıqlarınınmöhkəmləndirilməsi
məqsədi ilə istirahət evlərinə, turist bazaları və sanatoriya-kurort
müəssisələrinə müvafiq yollayışlar vermək;
5.17. işçilərin
məzuniyyət dövrünün səmərəli
keçirilməsi üçün istirahət evləri
(pansionatlar) yaratmaq və əməkdaşların istifadəsinə
vermək;
5.18. idarə, müəssisə və təşkilatlarda
çalışan işçilərin asudə
vaxtlarının səmərəli təşkili
üçün mədəni-kütləvi, sosial,
turist-ekskursiya və idman tədbirlərində davamlı
olaraq onların iştirakını təmin etmək;
5.19. işçilərin
əmək qanunvericiliyi və əməyin mühafizəsi
norma və qaydaları barədə mütəmadi məlumatlandırılması,
xüsusilə gənc nəslin bu sahədə maarifləndirilməsi
məqsədi ilə respublikanın müxtəlif bölgələrində
regional xarakterli seminarlar keçirmək;
5.20.
nazirlik, komitə, idarə, müəssisə və digər
qurumlar tərəfindən əmək hüquqlarının
müdafiəsi, əməyin mühafizəsi, texniki və
ekoloji təhlükəsizlik qaydalarına əməl
olunması məqsədi ilə Baş Kollektiv Sazişin
qüvvədə olduğu müddətdə həmkarlar
ittifaqı təşkilatının nümayəndəsinin də
daxil olduğu komissiyalar yaradılmaqla, bu sahədə tənzimləməni
həyata keçirmək.
6. Sosial partnyorluq və tərəflərin
fəaliyyətinin əlaqələndirilməsi
6.1. Tərəflər
hesab edirlər ki, sosial tərəfdaşlığın
inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər,
əmək münasibətlərinin tənzimlənməsi
üzrə qərarlar qəbul edilərkən sosial
partnyorluğunimkanlarından daha səmərəli istifadə
olunması zəruridir.
6.2. Bu məqsədlə
Tərəflər aşağıdakı öhdəlikləri
götürürlər:
6.2.1.
sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə
müntəzəm məsləhətləşmələr
aparmaq;
6.2.2.
sosial-əmək münasibətləri, əhalinin məşğulluğu,
miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun
və digər normativ hüquqi aktların layihələrini
müzakirə etmək;
6.2.3. “Həmkarlar
İttifaqları haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq işçilərin əmək, sosial və
iqtisadi hüquqlarına dair qanun layihələri və normativ
aktlar hazırlanarkən həmkarlar ittifaqlarının
mövqeyini nəzərə almaq;
6.2.4. Beynəlxalq
Əmək Təşkilatının dəstəyini
almış “İşəgötürənlər birlikləri
haqqında” qanunun qəbul edilməsinə səy göstərmək;
6.2.5.
işəgötürənlər təşkilatlarının
korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini
hərtərəfli dəstəkləmək, “İlin ən
yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv
müqavilə”, “Ən
yaxşı sosial-məsuliyyətli müəssisə”
müsabiqələrinin təşkil olunmasını nəzərdən
keçirmək;
6.2.6. dövlət əmlakının özəlləşdirilməsi
zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə
almaq məqsədi ilə müəssisələrdə
yaradılan komissiyaların tərkibinə həmkarlar
ittifaqı nümayəndələrinin daxil edilməsini təmin
etmək;
6.2.7. MDB
ölkələrinin ParlamentlərarasıAssambleyası tərəfindən
qəbul olunmuş model qanunlardan və digər normalardan milli
qanunvericiliyin təkmilləşdirilməsində istifadə
etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar
cəmiyyətləri haqqında” model qanununun mülahizələrinə
əsasən ölkənin səhmdar cəmiyyətlərinin
rəhbər orqanlarında işçilərin nümayəndələrinin
təmsil olunmasını tövsiyə etmək.
6.3. Tərəflər
həmkarlar ittifaqlarının və işəgötürənlərin
fəaliyyətinə müdaxilə olunmaması ilə
bağlı tanınmış beynəlxalq qərar və normalara
riayət edilməsinə təminat verirlər, həmkarlar
ittifaqları və işəgötürənlər təşkilatlarının
yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının
qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini
yerinə yetirmək məqsədi ilə respublikanın ərazisində
fəaliyyət göstərən bütün müəssisə
və təşkilatlara daxil olmasına yardım edəcəklər.
6.4. Tərəflər
həmkarlar ittifaqına üzvlük haqlarının idarə,
təşkilat və müəssisələrinin
mühasibatlığı vasitəsilə köçürmə
yolu ilə ödənilməsinə razılıq verirlər.
Köçürmələr əməkhaqlarının
ödənilməsi ilə eyni vaxtda aparılır.
6.5. Tərəflər
aşağıdakı məsələlərin həllinə
kömək göstərməyi öhdəlik kimi qəbul
edirlər:
6.5.1. mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, respublikanın ərazisində
yerləşən müəssisələrdə sosial-əmək
münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında
tənzimlənməsi;
6.5.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək
qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək,
sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri
əhatə edən sahə (tarif) və ərazi (rayon)
kollektiv sazişlərin və kollektiv müqavilələrin
bağlanılması və həyata keçirilməsi;
6.5.3. sahə kollektiv sazişlərin və kollektiv
müqavilələrin bağlanması üzərində birgə
nəzarətin gücləndirilməsi.
6.6. Tərəflər
sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və
kollektiv müqavilələrdə müəyyən olunmuş
məqsədlər üçün müəssisə və
təşkilatlarda işləyənlərin əməkhaqqı
fondunun ən azı 0,15 faizinin həmkarlar
ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər.
6.7. Tərəflər
nəzərə alırlar ki, Azərbaycan
Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar
tərəfindən razılaşdırılmış
göstəricilər üzrə əhalinin həyat səviyyəsinin
statistik müşahidəsini daim həyata keçirir və
Baş Kollektiv Sazişə əlavədə əks olunan
göstəricilər barədə yarım ildə bir dəfə
(iyul və fevral aylarında) Tərəflərə məlumat
verir.
6.8. Tərəflər
sosial-əmək və iqtisadi münasibətlər sahəsində
yaranan kollektiv əmək mübahisələrinin
(münaqişələrinin) tənzimlənməsi
üçün onlardan asılı olan bütün zəruri
tədbirləri həyata keçirir, bu sahədə
infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı
təşkil edirlər.
6.9. Hər
bir Tərəf qəbul olunmuş öhdəliklərin
icrasını təmin edən tədbirlər
hazırlayır.
6.10. Tərəflər
götürdükləri öhdəlikləri yerinə yetirmədikdə,
Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində
nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
6.11. Baş Kollektiv
Sazişin icrasına nəzarəti Tərəflərin
müvafiq komissiyaları həyata keçirir və nəticələr
hər ilin yekunlarına görə müzakirə edilir.
6.12.
Baş Kollektiv Sazişdə dəyişikliklər Tərəflərin
qarşılıqlı razılığı əsasında
edilir.
6.13.
Baş Kollektiv Saziş 2014-2015-ci illər üçün
bağlanılır və imzalandığı gündən
qüvvəyə minir.
Yeni danışıqlar qüvvədə olan Baş
Kollektiv Sazişin müddəti başa çatanadək
qurtarmadığı təqdirdə, bu Baş Kollektiv
Sazişin qüvvədə olma müddəti Tərəflərin
razılığı ilə üç ayadək uzadıla
bilər.
6.14. Baş Kollektiv Sazişin icrası və sosial-əmək
münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin
fəaliyyətini işıqlandırmaq məqsədi ilə
Tərəflər sosial tərəfdaşlığın
inkişafına həsr edilmiş materialları
respublikanın kütləvi informasiya vasitələri ilə
yayırlar.
6.15. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdə
başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət
formasından asılı olmayaraq bütün müəssisə,
idarə və təºkilatlara ºamil edilir.
Baş Kollektiv Sazişə
əlavə
Əsas sosial-iqtisadi göstəricilər
Ümumi
Daxili Məhsul (mln. manatla)
Əsas
kapitala investisiyaların Ümumi Daxili Məhsulda payı (faizlə)
İdman
və turizm sektorlarına yönəldilmiş
investisiyaların həcmi (mln.manatla)
Sosial-mədəni
tədbirlərə dövlət büdcəsindən
ayrılan xərclər (mln.manatla)
Ümumi
Daxili Məhsulda faizlə (hər
il may ayının ikinci
ongünlüyü)
Daimi əhalinin
sayı (hər
il may ayının ikinci
ongünlüyü)
Orta ömür uzunluğu (hər il may
ayınının ikinci ongünlüyü)
Doğum əmsalı
Ölüm
əmsalı
Əhalinin
təbii artımı (min nəfər 10000 nəfər əhaliyə)
Orta
hesabla adambaşına düşən pul gəlirləri
(manatla)
Sərəncamda
qalan real pul gəlirləri (manatla)
Hesablanmış
orta aylıq əməkhaqqı (manatla):
nominal
(manatla, faizlə artım)
real
(faizlə artım)
iqtisadiyyatın
sahələri üzrə (manatla)
Ümumi
Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi
Təyin
olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla):
orta
aylıq məbləğ (manatla)
nominal
(manatla, faizlə artım)
real
(faizlə artım)
İstehlak
mallarının qiymət indeksi
Ailə
büdcəsindən qida üçün sərf olunan orta məbləğ
(manatla)
İqtisadiyyatda
məşğul olanların sayı (min nəfərlə)
İqtisadi
fəal əhalinin sayı (min nəfərlə)
Məşğul
olan işçilərin bölünməsi (min nəfərlə):
status
üzrə (hər il may
ayının ikinci ongünlüyü)
sahələr
üzrə
Qeydə
alınmış işsizlərin sayı (min nəfərlə)
İşsizlik
statusu olanların sayı (min nəfərlə)
Bir iş
yeri vakansiyasına düşən işsizlərin sayı
İstehsalat
xəsarətləri (zədələri)
o
cümlədən:
ölümlə
nəticələnən
ağır
və təhlükəli əmək şəraitində
İşləyənlərin
xüsusi çəkisi (faizlə) (hər il
may ayının ikinci ongünlüyü)
o cümlədən, qadınların
Əsas növlər üzrə peşə xəstəlikləri (hər il may ayının ikinci
ongünlüyü).
Azərbaycan. - 2014.- 3 avqust.- S. 1.