Azərbaycan Respublikası Prezidentinin mətbuat xidmətinin məlumatı
Avqustun 3-də Türkiyənin
Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
telefonla zəng edib.
Türkiyənin Baş naziri son günlər cəbhənin
müxtəlif istiqamətlərində
Ermənistan silahlı
qüvvələrinin mövqelərimizə
hücumlarının qarşısını
alarkən Azərbaycan
hərbi qulluqçularının
həlak olması xəbərindən dərindən
kədərləndiyini bildirib
və bununla əlaqədar öz adından və Türkiyə xalqı adından Azərbaycan Respublikasının Prezidentinə,
xalqımıza və
şəhidlərin ailələrinə
başsağlığı verib.
Dövlətimizin başçısı başsağlığına
və göstərilən
diqqətə görə
öz adından və Azərbaycan xalqı adından Türkiyənin Baş nazirinə və Türkiyə xalqına minnətdarlığını bildirib.
Söhbət zamanı Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğanı son günlər
təmas xəttindəki
vəziyyətlə bağlı
məlumatlandırıb.
Azərbaycan. - 2014.- 5 avqust.- S. 1.