"Mərkəzi
icra hakimiyyəti orqanları tərəfindən
konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi
Qaydaları"nın və
"Elektron xidmət növlərinin Siyahısı"nın
təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 266 Bakı
şəhəri, 31 iyul
2014-cü il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin Azərbaycan
Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti
yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılmış
təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə
40, ¹ 3, maddə 256, ¹ 10, maddə
1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə
868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə
1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr
191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4,
maddə 449, ¹ 5, maddə
560; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
5 iyun tarixli 178 nömrəli və 13 iyun tarixli 194 nömrəli qərarları)
ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"na aşağıdakı
məzmunda 24.23 - 24.27-ci bəndlər
əlavə edilsin:
24.23.
Başa
çatdırılmamış tikililər kimi özəlləşdirilən obyektlərin
hərracda satışına
dair sifarişlərin
qəbulu
24.24.
Yerli icra hakimiyyəti orqanlarının sərəncamında
olan, habelə yaşayış binalarında
yerləşən dövlət
vəsaiti hesabına inşa edilmiş istifadədə olmayan qeyri-yaşayış sahələrinin
hərracda satışına
dair sifarişlərin
qəbulu
24.25.
Kiçik müəssisələrin (obyektlərin) hərracda satışına dair sifarişlərin
qəbulu
24.26.
Orta və iri dövlət
müəssisələrinin çevrilməsi nəticəsində
yaradılan
səhmdar cəmiyyətlərinin
səhmlərinin pul hərraclarında satışına
dair sifarişlərin
qəbulu
24.27.
Mülkiyyətçinin arzusu ilə daşınmaz əmlakın dövlət
reyestrində qeydiyyata
alınmış daşınmaz
əmlaka dair texniki sənədlərin
(pasportun və plan ölçüsünün) tərtib
edilməsi üçün
müraciətin və
sənədlərin qəbulu
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2014.- 5 avqust.- S. 1.