"Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti digər hüquqi fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 270                   Bakı şəhəri, 1 avqust 2014-cü il

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi Qaydaları"nın "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti digər hüquqi fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 2, maddə  192,  ¹ 11,  maddə 1184;  2008, ¹ 6, maddə 587; 2010, ¹ 12, maddə 1124; 2012, ¹ 8, maddə 811; 2013, ¹ 7, maddə 882, ¹ 12, maddə 1633; 2014, ¹ 2, maddə 201)  aşağıdakı dəyişikliklər edilsin:

1.1.  2-ci hissədə "50 faiz" sözləri "70 faiz", "50 manata"  sözləri "80 manata" sözləri ilə əvəz edilsin "300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi" sözləri çıxarılsın;

1.2.  6-cı hissənin birinci abzasında "50 faizinin" sözləri "70 faizinin" sözləri ilə əvəz edilsin;

1.3. həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti digər hüquqi fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması Qaydaları"  üzrə:

1.3.1. 1.2-ci bənddə "50 faiz" sözləri "70 faiz",  "50 manata"  sözləri "80 manata" sözləri ilə əvəz edilsin "300 kiloqrama, ya da onun dəyərinin yuxarı həddi" sözləri çıxarılsın;

1.3.2.  2.3-cü, 2.4-cü, 2.9-cu 2.10-cu bəndlərdə müvafiq olaraq "50" rəqəmi "70" rəqəmi ilə əvəz edilsin;

1.3.3. həmin  Qaydaların 3 nömrəli əlavəsində "50 faiz" sözləri "70 faiz"  sözləri ilə əvəz edilsin;

1.4. həmin qərarla təsdiq edilmiş 4 nömrəli əlavə - "Kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti digər hüquqi fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının tərkibi"nin adında "50 faizinin" sözləri "70 faizinin"  sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın icrası ilə bağlı tələb olunan maliyyə vəsaitinin ayrılmasını müəyyən olunmuş qaydada təmin etsin.

3. Bu qərar 5 (beş) il müddətində qüvvədədir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 1.