Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Bayram oğlu Əliyevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

 

Abbasov İlqar Rza oğlu  - Azərbaycan  Respublikasının Baş prokuroru  yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin  müavini

 

Nağıyev Əli Nağı oğlu  - Azərbaycan Respublikasının Baş prokuroru  yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin  müavini.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 avqust  2014-cü il

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.