ABŞ Dövlət Departamenti
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində
artan gərginlikdən narahatdır
ABŞ
Dövlət Departamenti iyulun 31-dən başlayaraq Ermənistan-Azərbaycan
qoşunlarının təmas xəttində artan gərginlikdən
narahatdır, hər iki tərəfdən ölənlərin
ailələrinə başsağlığı verir və tərəfləri
atəşkəsə riayət etməyə
çağırır.
AzərTAc-ın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bunu qurumun rəsmi nümayəndəsi Cen Psaki keçirdiyi son brifinqdə deyib.
Münaqişənin hərbi yolla
həllinin istisna olunduğunu
deyən C.Psaki qarşıdurmanın davam etməsinin yalnız sülh
danışıqlarının çətinləşdirilməsinə
gətirib çıxaracağını bildirib.
O deyib: “Biz ATƏT-in Minsk Qrupunun həmsədri
olaraq Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün
tərəflərə dəstək verməyə
hazırıq”.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.