Böyük Britaniya cəbhədə
gərginliyin artması ilə bağlı
narahatlığını ifadə edib
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi son günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması ilə əlaqədar narahatlığını ifadə edib.
AzərTAc-ın məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatında qeyd olunur.
Bəyanatda bildirilir ki, ötən həftə Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşməsi müşahidə olunub. “Həlak olanların sayının çox olması atəşkəs rejiminin əldə olunduğu 20 il ərzində ən narahatedici məqam olub”.
Sənəddə deyilir ki, Böyük Britaniya tərəfləri gərginliyin
azaldılması üçün tədbirlər
görməyə və 1994-cü ildən qüvvəyə
minən atəşkəs haqqında sazişə hörmət
etməyə çağırır: "Biz
hər iki tərəfdən insanların
həlak olmasından kədərlənirik. Biz
tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə
işləməyə çağırırıq".
Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.