BMT Baş katibi Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həllinə nail
olmaq üçün
dialoqu davam etdirməyə
çağırıb
BMT
Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsi
tərəflərini atəşkəs rejiminə əməl
etməyə və zorakılıqdan çəkinməyə
çağırıb.
AzərTAc xəbər verir ki, bu barədə təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, Pan Gi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb.
Baş katib
ATƏT-in Minsk Qrupunun
səylərini tam dəstəklədiyini,
münaqişə bölgəsində son
günlər gərginliyin artması ilə əlaqədar
narahatlığı bölüşdüyünü
ifadə edib.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 1.