Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat
yayıblar
Türkiyədəki
Azərbaycan diaspor təşkilatları birgə bəyanat
yayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda bu günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulub, Ermənistanın işğalçı siyasəti pislənib.
Bəyanatda deyilir: “İşğalçılar bilməlidir ki, yeni “Xocalı”lar yaşanmayacaq, 1990-cı illərdə işğal etdikləri torpaqlar əsla daim onlarda qalmayacaq. Azərbaycan güclü, suveren bir dövlətdir və özünü müdafiə edəcək hərbi qüvvəyə malikdir. Azərbaycan əsgəri əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara qarşı silah istifadə etməz”.
Həmçinin bildirilir ki, nəinki sülhü qorumaq, atəşkəsə riayət etmək iqtidarında olmayan, müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç vaxt sərhədlərin açılmasını tələb edə bilməz.
Bəyanatda erməni xalqına onları sonu görünməyən bir tunelin içinə sürükləyən faşist, irqçi, daşnak rəhbərlikdən xilas olmaq tövsiyə edilir. Bildirilir ki, Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir.
Bəyanat Türkiyə Azərbaycan
Dostluq Dərnəkləri
Federasiyasının üzvləri - İstanbul
Azərbaycan ilə Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət və Həmrəylik
Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyi, Manisa
Azərbaycan Mədəniyyət və Həmrəylik
Dərnəyi, Yalova Azərbaycan Mədəniyyət
və Həmrəylik Dərnəyi, Qars
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi,
Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri,
İğdır Azərbaycan Evi Dərnəyi,
Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-Tarix Araşdırma Mərkəzi və
Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik
Dərnəyi tərəfindən imzalanıb.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 2.