Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində
həyat axarı ilə davam edir
Düşmənlə
təmas xəttində yerləşən Goranboy rayonunun Tap
Qaraqoyunlu kəndinin bir nəfər də olsun sakini doğma
el-obasını tərk etməyib.
Prezident İlham Əliyevin cəbhəyanı yaşayış məntəqələrinə göstərdiyi diqqət və qayğı nəticəsində bu kənddə də əhalinin bütün problemləri həll edilib. Kənd əhalisinin qaz, su, işıq və digər kommunal xidmətlər sarıdan heç bir çətinliyi yoxdur. Son illərdə buradan müasir məktəb, poçt binaları istifadəyə verilib.
Kəndi Goranboy rayonunun mərkəzi ilə birləşdirən 28 kilometrlik yola başdan-başa asfalt döşənib. Əhalinin rahat yaşaması, gündəlik məişət, eləcə də təsərrüfat işləri ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafına uzunluğu 1300, hündürlüyü isə 4 metr olan istinad divarı çəkilib.
Goranboy Rayon İcra
Hakimiyyətinin Tap Qaraqoyunlu
inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Abbas Allahverdiyev
AzərTAc-a bildirib ki,
son günlər Ermənistan ordusunun sərhəd bölgələrində
törətdiyi təxribat əməlləri sakinlərdə heç bir narahatlıq
yaratmır. Onlar gündəlik
işləri ilə məşğuldurlar. Hətta avqustun 5-də kənd sakinləri Rüfət
Əliyev ilə Zülfiyyə Yusifovanın toy
mərasimidir. Bütün bu
arxayınçılığın kökündə kənd
sakinlərinin Azərbaycan Prezidentinə, qüdrətli ordumuza inamı və etimadı dayanır.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 3.