«Applied and Computational
Mathematics» yenidən 0.697 İmpakt
Faktorla ölkəmizin
elmini uğurla təmsil edir
Mərkəzi ofisi ABŞ-ın
Filadelfiya şəhərində
yerləşən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun
2013-cü il üçün hesabatı
açıqlanıb.
Bakı
Dövlət Universitetinin
(BDU) Tətbiqi Riyaziyyat
Elmi-Tədqiqat İnstitutundan
AzərTAc-a bildiriblər
ki, 2008-ci ildən bu təşkilatın
siyahısında yer alan yeganə Azərbaycan elmi jurnalı olan "Applied
and Computational Mathematics"
("Tətbiq və hesablama riyaziyyatı")
yenidən 0.697 İmpakt
Faktorla ölkəmizin
elmini uğurla təmsil edir. Bu göstərici ilə jurnal nəinki postsovet məkanında, hətta Şərqi Avropada nəşr edilən uyğun profilli jurnalları üstələyir.
Bütün dünya üzrə elmi jurnalların, alimlərin,
universitetlərin, elmi müəssisələrin
və s. qiymətləndirmə
sistemini həyata keçirən "Thomson Reuter" təşkilatı Elmi İnformasiya İnstitutunun
budəfəki hesabatında
bir çox tanınmış jurnalların
impakt faktorları ciddi şəkildə azalıb, bəziləri isə, ümumiyyətlə,
təşkilatın siyahısından
çıxarılıb.
Xatırladaq ki, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi,
AMEA və BDU-nun Tətbiqi Riyaziyyat
Elmi-Tədqiqat İnstitutu tərəfindən
təsis olunan "Applied
and Computational Mathematics" jurnalı 2002-ci ildən nəşr
edilir. Onu da qeyd edək ki,
jurnalın baş redaktorları akademik Əli Abbasov, akademik Fikrət Əliyev və professor Vladimir Larindir, fəxri redaktoru isə
Tamer Başardır.
Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.