Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub

 

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş növbəti müsabiqəyə yekun vurulub.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 71 gənc hüquqşünasProkurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları” ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.

2002-ci ildən etibarən keçirilən və sayca 13-cü olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən və ölkə həyatının bütün sahələrində gənclərin intellektual potensialından geniş istifadəyə yönəlmiş dövlət gənclər siyasəti çərçivəsində uğurla reallaşdırılan mühüm tədbirlərdən biri olub. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf, ədalətli prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş 627 gənc hüquqşünas hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərirlər və onların bir hissəsi rəhbər vəzifələrə irəli çəkiliblər.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər avqustun 27-dən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin olunacaqlar.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və “Qəbul otağı”nda yerləşdirilib.

 

                               X              X              X

 

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş

müsabiqədə müvəffəqiyyət qazanmış namizədlərin siyahısı

 

¹

Soyadı, adı, atasının adı

1.   

Abbasov Cabir Etibar oğlu

2.   

Alıyev Səbuhi Mehdi oğlu

3.   

Almazov Ramin Pənah oğlu

4.   

Babazadə Kənan Nadir oğlu

5.   

Bağırov Taleh Vilayət oğlu

6.   

Bayramov Rəhim Məzahir oğlu

7.   

Bayramov Rəşid Yusif oğlu

8.   

Bayramova Elfanə Elman qızı

9.   

Cəfərov Adil Yusif oğlu

10.         

Eyvazov Elşad Akif oğlu

11.         

Əbilov Elnur Rəşid oğlu

12.         

Əhədov Ruslan Şamxal oğlu

13.         

Əhməd Rəcəb Nazim oğlu

14.         

Əhmədov Toğrul Rahab oğlu

15.         

Əsədov Nəriman Sabir oğlu

16.         

Əsgərov Məhəmməd Ələkbər oğlu

17.         

Əzimzadə Bəxtiyar Xalıq oğlu

18.         

Hacıyev Məhəmməd Vilyam oğlu

19.         

Heydərova Könül Əli qızı

20.         

Həsənov Ozal Mübariz oğlu

21.         

Hümbətzadə Oruc Möhbalı oğlu

22.         

Hümmətzadə Tural  Ramazan oğlu

23.         

Hüseynov Samir Şəmsəddin oğlu

24.         

Hüseynov Əflatun Əflan oğlu

25.         

Hüseynov Yasin Nizami oğlu

26.         

Hüseynzadə Toğrul Ələkbər oğlu

27.         

İmanov Əli Sərməz oğlu

28.         

İslamzadə Nilufər İltimas qızı

29.         

İslamzadə Vüqar Səyyar oğlu

30.         

Kazımov Rövşən Zahid oğlu

31.         

Qafarov Əfqan Nizam oğlu

32.         

Qasımov Emin Səlim oğlu

33.         

Qubuşov Tamerlan Əlövsət oğlu

34.         

Quliyev Əyyub Şirin oğlu

35.         

Mehrabov Haqverdi Dilbazi oğlu

36.         

Mehralıyev Zamil Zahid oğlu

37.         

Mehrəliyev Vüsal Bəhram oğlu

38.         

Məmmədli Tərlan İlham oğlu

39.         

Məmmədov Neymət Hüsən oğlu

40.         

Məmmədov Nurlan Samir oğlu

41.         

Məmmədov Şükran Nurəddin oğlu

42.         

Məmmədova Təranə Yavər qızı

43.         

Muxtarlı Elvin Mənsim oğlu

44.         

Murquzov Emil İlqar oğlu

45.         

Musayev Qadir Hakim oğlu

46.         

Musayev Təbriz  Elşən oğlu

47.         

Namazov Fərid Arif oğlu

48.         

Nəcəfov Səməd Şöhrət oğlu

49.         

Nəcəfova Leyla Qnyaz qızı

50.         

Niftullayev Tamerlan Alim oğlu

51.         

Novruzov Hikmət Şəmsəddin oğlu

52.         

Novruzzadə Elnur Elman oğlu

53.         

Nuriyev Anar Nazim oğlu

54.         

Orucov Nicat Azad oğlu

55.         

Pənahov Əziz Pənah oğlu

56.         

Rzayev Sərvər Gülmalı oğlu

57.         

Salamzadə Elxan İsə oğlu

58.         

Seyid Turxan Hacımirhəşim oğlu

59.         

Seyidzadə Vüqar Fazil oğlu

60.         

Səfərov Tale Balabəy oğlu

61.         

Səlimli Səlim Akif oğlu

62.         

Səlimov Vüqar Fədayi oğlu

63.         

Səmədli Mətanət Natiq qızı

64.         

Səmədov Elnur Ətraf oğlu

65.         

Səmədzadə Pirayə Zahid qızı

66.         

Şabanov Pərvin Siyafər oğlu

67.         

Şabanov Valeh İxtiyar oğlu

68.         

Şahverdiyev Atəş Möhbalı oğlu

69.         

Tağıyev Fəxrəddin İnqilab oğlu

70.         

Tofiqi Fuad Valeh oğlu

71.         

Vəliyev Murad İsmayıl oğlu

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.