Tələbələrin Muzey eksponatlarının saxlanılması və bərpası mərkəzinə ekskursiyası

 

ARDNŞ-nin Muzey işinin təşkili şöbəsi Xəzər Universitetinin I Beynəlxalq neftqaz yay məktəbinin təşəbbüsü ilə Muzey eksponatlarının saxlanılması və bərpası mərkəzinə geniş ekskursiya təşkil etmişdir.

Ekskursiyada Bakının ali məktəblərinin, o cümlədən Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri ilə yanaşı yay məktəbinin xarici dinləyiciləri - polşalı və fələstinli tələbələr də iştirak etmişlər. Tələbələr muzeyin eksponatları ilə tanış olmuş, Azərbaycan neft sənayesinin tarixi, Nobel qardaşlarının ölkəmizdəki fəaliyyəti haqqında ətraflı məlumat almışlar. Nobel qardaşlarının Azərbaycandakı fəaliyyəti ilə bağlı interaktiv rəqəmsal ekspozisiya da nümayiş etdirilmişdir.

Tələbələrin böyük marağına səbəb olmuş ekskursiya zamanı onları maraqlandıran çoxsaylı suallar peşəkar səviyyədə cavablandırılmışdır. Sonda I Beynəlxalq neftqaz yay məktəbinin təşkilatçı və iştirakçıları yüksək səviyyədə təşkil edilmiş ekskursiyaya görə təşəkkürlərini bildirmiş və gələcəkdə də belə tədbirlərin keçirilməsini arzu etmişlər.

 

Azərbaycan. - 2014.- 6 avqust.- S. 6.