ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
Anjey Kaspşik bəyanatla
çıxış edib
ATƏT-in
fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi
səfir Anjey Kaspşik son günlər Ermənistan-Azərbaycan
dövlət sərhədi və qoşunların təmas xəttində
yaranan gərginliklə bağlı bəyanatla
çıxış edib.
AzərTAc ATƏT-in saytına istinadla
xəbər verir ki, səfir
Anjey Kaspşik cəbhə
xəttində baş verən
çoxsaylı insidentlərlə bağlı
narahatlığını ifadə edib. O qeyd edib ki,
hər bir bədbəxt hadisə
münaqişəyə cəlb olunmuş
insanlar və onların ailələri üçün faciədir. Bəyanatda deyilir: “ATƏT-in fəaliyyətdə olan sədri və Minsk Qrupunun həmsədrləri 2 avqust
tarixli bəyanatlarında bu
məsələyə münasibətlərini
açıqlayıblar. Mandatıma uyğun
olaraq, mən gərginliyin
azaldılmasında tərəflərə kömək etmək
üçün ən yüksək səviyyədə
təmaslar da daxil olmaqla, onlarla sıx əlaqədə
çalışmağa davam edəcəyəm.
Mən və komandam sonuncu
dəfə avqustun 1-də təşkil olunmuş monitorinqlər üzrə fəaliyyətimizi
bundan sonra da davam etdirəcəyik. Hər
monitorinq zamanı biz
təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində
atəşkəs rejiminin pozulması və
ümumi vəziyyətə dair tərəflərdən informasiya
alır və müəyyən bir yerdə
situasiyanı müşahidə edirik. Biz, həmçinin qarşılıqlı maraq doğuran və gərginliyi
azaldan məsələlərin həlli üçün yerli
komandirlərə kömək edirik. Monitorinqin nəticələri barədə hesabat ATƏT-in fəaliyyətdə olan sədrinin idarəsinə və Minsk Qrupunun üzvlərinə
təqdim olunur. Baş
verən hadisələr barədə hesabatlar,
həmçinin mənim rəhbərlik etdiyim
ofisdən ATƏT-in müvafiq
strukturlarına təqdim edilir. Biz müvafiq monitorinq tədbirlərinin gedişi
və ya nəticələri haqqında
açıq şərh vermirik. Mətbuatın
bu növ məlumatları
mənim rəhbərlik etdiyim ofis tərəfindən verilmir”.
Azərbaycan. - 2014.- 5 avqust.- S. 5.