Ermənistanın atəşkəs rejimini pozması Türkiyə ictimaiyyəti tərəfindən narazılıq və narahatlıqla qarşılanıb

 

 

Ermənistan silahlı qüvvələrinin son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın etmələri Türkiyə ictimaiyyəti tərəfindən narazılıq və narahatlıqla qarşılanıb. Erməni silahlı birləşmələrinin təxribatları Türkiyədə kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ciddi qınanır, təcavüzkar tərəfə etiraz bildirməsi ilə bağlı beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə müraciətlər edilir.

İstanbulda fəaliyyət göstərən Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu AzərTAc-a müsahibəsində bildirib ki, biz həmişə olduğu kimi, bundan sonra da bütün varlığımızla qardaş Azərbaycan xalqının yanındayıq. Azərbaycan əleyhinə addım atmaq istəyən qüvvələr qarşılarında bütün türk dünyasını görsünlər. Qardaş Azərbaycana aid hər bir məsələ Türkiyədə böyük həssaslıqla izlənilir.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri,

İstanbul

 

Azərbaycan. - 2014.- 5 avqust.- S. 5.