The New York Times: “Azərbaycanın
Dağlıq Qarabağ regionu
və ona bitişik əraziləri
1994-cü ildə separatçı müharibənin sonundan erməni hərbçilərinin nəzarəti
altındadır”
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində “Associated Press” informasiya agentliyinə istinadla “Dağlıq Qarabağda hərbi əməliyyatlar nəticəsində 15 nəfər öldürülüb” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən bəhs olunur.
Müəlliflər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla qeyd edirlər ki, son iki gündə Azərbaycanın 12 hərbi qulluqçusu öldürülüb.
Məqalədə deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik əraziləri 1994-cü ildə separatçı müharibənin sonundan erməni hərbçilərinin (Ermənistan ordusu nəzərdə tutulur) və yerli etnik erməni qoşunlarının nəzarəti altındadır”.
Müəlliflər vurğulayırlar ki, atəşkəsin daim pozulmasına baxmayaraq, budəfəki hərbi əməliyyatlar uzun illər ərzində ən böyük itkilərlə nəticələnmiş əməliyyatlardan biri olub.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri,
Vaşinqton
Azərbaycan. - 2014.- 5 avqust.- S. 5.