Qədim tarixə malik şəhərləri ölkədə
yaşadığıma görə xoşbəxtəm
Qədim
tarixi şəhərləri olan gözəl bir ölkədə
yaşadığıma görə özümü xoşbəxt
sanıram.
Bu fikirləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın iştirakçısı, Quba rayonunun Hügədi kənd tam orta məktəbinin IX sinif şagirdi Nərmin Əfəndiyeva Şəki şəhərində “Yuxarı Karvansaray” tarixi-memarlıq abidəsi ilə tanışlıq zamanı AzərTAc-a müsahibəsində söyləyib.
Quba məktəblisi daha sonra deyib: “Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar biz məktəbliləri də ürəkdən sevindirir. Ekskursiya etdiyimiz rayonlarda bu inkişafın bir daha şahidi olduq. Hər yerdə tikinti-quruculuq işləri gedir. Şəhərlərimiz, kəndlərimiz gündən-günə abadlaşır. Bu gözəllikləri gördükcə, doğma Vətənimizə daha da ürəkdən bağlanırıq”.
Şəki şəhərinə səyahət etməyin onun uşaqlıq arzularından biri olduğunu vurğulayan Quba məktəblisi bu şəhərdəki tarixi abidələrin onda böyük maraq oyatdığını qeyd edib.
N.Əfəndiyeva qədim tarixi
şəhərləri olan gözəl bir ölkədə yaşadığına
görə özünü xoşbəxt
sandığını bildirib.
Azərbaycan. - 2014.- 5 avqust.- S. 7.