Şəki xanlarının sarayı ilə
tanışlıqdan aldığım təəssürat ömür boyu yadımdan
çıxmayacaq
Üç gün əvvəl Qubadan ölkəmizin şimal-qərb bölgəsinə ekskursiyaya yola düşdük. Səfər zamanı İsmayıllının, Qəbələnin, Şəkinin tarixi abidələri ilə yaxından tanış olduq, doyunca gəzdik. Şəki xanlarının sarayı ilə tanışlıqdan aldığım təəssürat ömür boyu yadımdan çıxmayacaq. Bu səfər mənim və yoldaşlarımın həyatında çox əlamətdar, həm də uzun müddət yadda qalacaq hadisədir.
Bu sözləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçısı, Quba məktəblisi Fəzilə Ağayeva Şəki xanlarının sarayı ilə tanışlıq zamanı AzərTAc-a müsahibəsində deyib.
Səfər zamanı Azərbaycanın bölgələrinin
necə də sürətlə inkişaf
etdiyini öz gözləri
ilə gördüyünü vurğulayan F. Ağayeva, onlara bu şəraiti
yaratdığına görə Quba məktəbliləri
adından Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirib.
Azərbaycan. - 2014.- 5 avqust.- S. 7.