Bu torpağın hər
qarışında qədim tariximizin izləri
var
Qəbələ haqqında çox eşitmişdim. Amma etiraf edim ki, bu diyarın belə füsunkar olduğuna inanmırdım. Qəbələnin keçmişini əks etdirən eksponatlarla tanışlıqdan sonra hiss etdim ki, bu gözəl məkanın hər qarışında qədim tariximizin izləri var.
Bu sözləri “Ölkəmizi
tanıyaq” maarifləndirici tur-aksiyasının
iştirakçısı, Quba şəhərindəki
2 nömrəli tam orta
məktəbin XI sinif şagirdi
Rüfət Əzizli AzərTAc-a müsahibəsində bildirib. O, əlavə edib
ki, Qubaya qayıdanda sinif yoldaşlarıma Qəbələdə
gördüklərim barədə danışacaq, çəkdirdiyim
xatirə şəkillərini göstərəcəyəm. Qəbələ
həm qədim, həm də müasir
şəhərdir. Ailəmizlə birlikdə yenidən bu rayona gəlmək niyyətindəyəm.
Azərbaycan. - 2014.- 5 avqust.- S. 7.