Qədim Gəncənin zəngin maddi-mədəniyyət
abidələri dünənimizdən bu
günümüzə uzanan körpüdür
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq ”Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən maarifləndirici
tur-aksiya çərçivəsində lənkəranlı
şagirdlərin Gəncə ilə
tanışlığı davam edir.
AzərTAc xəbər verir ki, avqustun 2-də şagirdlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər. Burada Lənkəran məktəbliləri dahi şairin həyat və yaradıcılığı, eləcə də məqbərə ətrafında aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verildi.
Məqbərənin qarşısında ucaldılmış Nizami muzeyi ilə tanışlıqdan sonra məktəblilər burada xatirə şəkli çəkdirdilər.
Şagirdlər Bakı istiqamətindən Gəncəyə girişdə ucaldılmış möhtəşəm qala- muzey kompleksi ilə də böyük maraqla tanış oldular. Sonra lənkəranlı məktəblilər Gəncənin mərkəzində ucaldılmış Cavad xan türbəsini ziyarət etdilər, XVII əsrdə inşa edilmiş Şah Abbas məscidinə, çökək hamama baxdılar. Bildirildi ki, qədim Gəncənin zəngin maddi-mədəniyyət abidələri dünənimizdən bu günümüzə uzanan körpüdür. Bu tarixi abidələr haqqında geniş məlumat əldə edən qonaqlar Xan bağında istirahət etdilər və həmyaşıdları ilə maraqlı görüşlər keçirdilər.
Avqustun 3-də lənkəranlı şagirdlər Göygöl və Şəmkirə səfər
edəcək, hər iki rayonun
tarixi, mədəniyyəti, adət-ənənələri,
eləcə də son illər aparılan
abadlıq və yenidənqurma işləri ilə
tanış olacaqlar.
Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.