Bu tur-aksiya şagirdlərin dünyagörüşünün artmasında müsbət rol oynayacaq

 

Azərbaycanın qədim mədəniyyət ocaqlarından biri, ulu Nizaminin vətəni Gəncəyə səfərimiz hər birimizin qəlbində əbədi iz qoyacaq. Burada aparılan abadlıq və quruculuq işləri qədim diyarın bugünkü dinamik inkişafının əyani göstəricisidir. Xüsusilə 450 hektarda salınmış Heydər Əliyev parkına heyran olduq. İndiyədək Gəncədə gedən yenidənqurma işlərini televiziya vasitəsilə seyr edirdik. Ancaq bu gün prosesin canlı  şahidi oluruq. Bizə bu imkanı yaradan, öz xalqını sevən, onun daha firavan gələcəyinin inkişafına çalışan dövlət başçısına minnətdarlığımızı bildiririk.

Bu sözləri "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiyanın Lənkəran-Gəncə-Göygöl-Şəmkir marşrutunun qrup rəhbəri Asif İmanlı AzərTAc-a müsahibəsində deyib. O, əminliklə qeyd edib ki, bu səfər Lənkəran məktəblilərinin dünyagörüşünün artmasında müsbət rol oynayacaq.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.