Ölkəmizin hər bir guşəsini tanımaq müqəddəs borcumuzdur

 

Ölkəmizin hər bir guşəsini tanımaq müqəddəs borcumuzdur.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın Gəncə-Göygöl-Şəmkir marşrutunun iştirakçısı, Lənkəran şəhərindəki 5 nömrəli orta məktəbin şagirdi Nurlan Əsgərli AzərTAc-a müsahibəsində söyləyib.

N.Əsgərli daha sonra deyib: “Mən televiziyada Gəncə ilə bağlı süjetlərə baxanda, düşünürdüm ki, görəsən dahi Nizaminin vətənini görmək mənə də nəsib olacaqmı?! Bu gün artıq arzum gerçəkləşib. Üç gün ərzində Gəncənin, eləcə də Göygöl və Şəmkirin tarixi yerlərinə ekskursiyalar edəcək, kitablardan oxuduqlarımı gözlərimlə görəcəyəm. Bütün bunlara görə, həm öz adımdan, həm də məktəbli dostlarım adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığımı bildirirəm. Söz verirəm ki, xalqıma, dövlətimə layiq vətəndaş olacağam”.

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.