İran nümayəndə heyəti Sumqayıtda bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub

 

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olub.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Sumqayıt Kimya Sənaye Parkında (SKSP) olan qonaqlara Sənaye Parkının 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında yaradıldığı barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, sənaye sahəsində məşğulluğu artırmaq, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini, idxalı əvəz edən məhsulların istehsalını artırmaq, investisiyalarmüasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan parkın fəaliyyəti üçün 295,5 hektar sahə ayrılıb. SKSP ölkəmizdə qeyri-neft sənayesinin inkişafına, yerlixarici investisiyaların cəlb edilməsinə və yeni rəqabətqabiliyyətli məhsul istehsalına töhfəsini verəcək.

Qonaqlara SKSP-də investorlar üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlər barədə də ətraflı məlumat verilib.

Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanışlıq zamanı qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkı Azərbaycanın qeyri-neft sektorunda xüsusi yer tutur. 250 hektar ərazisi olan və tərkibində 17 zavodu birləşdirən texnoparkda 4500-dən çox işçi çalışır. Qonaqlara zavodların strukturu və fəaliyyəti barədə ətraflı məlumat verilib, parkın bütün müəssisələrinin yüksək texnologiya ilə təchiz edildiyi vurğulanıb.

İran nümayəndə heyəti, həmçininGilanTekstil Parkında olub. Diqqətə çatdırılıb ki, Parkda Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir. GilanTekstil Parkına daxil olan müəssisələrin avadanlıqları Avropa texnologiyası əsasında qurulub. Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri digər trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi idman geyimləri istehsal olunur.

Müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsalı qonaqların marağına səbəb olub.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 5.