İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi bildirib ki, bu günlərdə Azərbaycanlı qardaşlarımız ermənilərlə təmas xəttində şəhid olublar. Mahmud Vaezi deyib: “Özüm və dövlətim adından Azərbaycan xalqına və dövlətinə başsağlığı verirəm. Siz bizim Azərbaycanla bağlı baxışımızı çox yaxşı bilirsiniz. İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Ermənistanla münaqişədə həm İran dövləti, həm də İran xalqı bütün lazımı köməkliyi göstərdilər və indi də göstərirlər ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Bu münaqişədə həyatlarını qurban verənlərə rəhmət diləyir və qaçqınlara həmdəm olduğumuzu bildiririk.

İran çalışır ki, bu münaqişə Azərbaycan tərəfinin xeyrinə həll olunsun. İran İslam Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmi şəkildə dəstəkləyir. İnşallah bu münaqişə öz müsbət həllini tapsın, qaçqınlar öz doğma yurd-yuvalarına, öz doğma şəhərlərinə qayıtsınlar və onlar da öz şəhərlərini eyni ilə digər şəhərləriniz kimi tikib yaratsınlar, qursunlar. Azərbaycanda insanları rifah içində yaşayan gördüm, çox canlı, çox həyat dolu insanlar gördümbundan çox sevindim”.

 

Azərbaycan. - 2014.- 7 avqust.- S. 5.