Gəncə, Şəmkir və Göygöldə özümüzə çoxlu dostlar tapacağıq

 

"Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının iştirakçısı, Lənkəran şəhərindəki  10 nömrəli tam orta məktəbin şagirdi Zəhra Məmmədova tədbirlə bağlı ilk təəssüratlarını  AzərTAc ilə bölüşərək deyib: "Gündən-günə gözəlləşən respublikamız artıq inkişaf etmiş ölkələrlə rəqabət aparır. Demək olar ki, hər gün müxtəlif yeniliklərin şahidi oluruq. Əlbəttə, ölkəmiz bugünkü inkişaf səviyyəsinə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxilixarici siyasət nəticəsində çatıb. Dövlət başçısının qrafikinin gərginliyinə  baxmayaraq, daim xalqın rifah halının yüksəldilməsi, gənc  nəslin dünyagörüşünün artırılması istiqamətində müxtəlif uğurlu layihələrə imza atır.

Bu gün sürətlə inkişaf edən, qabaqcıl dünya dövlətləri arasında ilk mövqelərdə olan Azərbaycanı gənc nəslə daha yaxından tanıtmaq üçün həyata keçirilən "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasının reallaşması da elə Prezidentimizin növbəti uğurlu layihələrindən biridir. Bu aksiya zamanı Gəncə, Şəmkir və Göygöllə yaxından tanış olacaq, özümüzə çoxlu dostlar tapacağıq".

 

Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.