Bu tur-aksiya olduqca vacib və
vaxtında reallaşdırılan tədbirdir
"Ölkəmizi tanıyaq" devizi ilə təşkil edilən bu maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzsiz bir tədbirdir.
Bu sözləri aksiyanın iştirakçısı, Qubadakı texniki təmayüllü liseyin direktoru İradə İsrailova AzərTAc-a müsahibəsində dedi. Qeyd etdi ki, şagirdlər üçün Azərbaycanın bölgələri ilə tanışlıq, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlıq məqsədilə təşkil edilən bu tur-aksiya olduqca vacib və vaxtında reallaşdırılan tədbirdir. Dövlətimiz yetişməkdə olan nəslin yaxşı təhsil alması ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün nə lazımdırsa edir.
İradə İsrailova şagirdlərin tur çərçivəsində qidalanması, istirahətin mənalı təşkili, əylənmələri və proqrama uyğun olaraq obyektlərlə tanışlığı kimi vacib məsələlərin dövlətimiz tərəfindən həll edilməsini razılıq hissi ilə vurğuladı.
Liseyin direktoru diqqətə
çatdırdı ki, Prezident
İlham Əliyevin
tapşırığına əsasən, orta
məktəblərin IX-XI sinif şagirdləri
üçün Azərbaycanın
bölgələrini gəzmək imkanının
yaradılması və bu gözəl təşəbbüsün
ilk dəfə uğurla
reallaşdırılması hamının ürəyincədir.
Aksiyanın gedişində şagirdlərə vətənpərvərlik
hisslərinin aşılanmasına, eləcə də onlara Azərbaycanın bölgələri barədə
daha ətraflı maarifləndirmə işinin təşkilinə, yeniyetmələrin
intellektual səviyyəsinin və dünyagörüşünün
artırılması istiqamətində söhbətlərin
aparılmasına böyük önəm
verilir.
Azərbaycan. - 2014.- 3 avqust.- S. 3.