Azərbaycan Prezidenti İlham Əliyev Latviyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Latviya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini diqqətə çatdırdı. Prezident İlham Əliyev ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə, Azərbaycan-NATO əməkdaşlığı çərçivəsində əlaqələrin müzakirəsi üçün səfərin yaxşı fürsət yaratdığını dedi.

Latviyanın müdafiə naziri Raymonds Veyonis ölkələrimiz arasında ikitərəfli münasibətlərin davamlı inkişafının əhəmiyyətini vurğuladı. Nazir Azərbaycanın ölkəsi üçün müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə mühüm tərəfdaş olduğunu bildirdi. O, Latviyanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsinə maraq göstərdiyini qeyd etdi.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 1.