İkili standartlarla problemi həll etmək olmaz
Beynəlxalq ictimaiyyət Ermənistanın
təcavüzkar siyasətinə
laqeyd yanaşmasa və işğalçı
ölkəyə qarşı
sanksiyalar tətbiq etsə Dağlıq Qarabağ münaqişəsinə
son qoyular
Ermənilərin Azərbaycan torpaqlarına
iddiaları onların
"böyük Ermənistan"
yaratmağa yönəlmiş
planlarının tərkib
hissəsidir. Əlverişli şərait yaranan
kimi bu planı
həyata keçirməyə
çalışan erməni
millətçiləri keçmiş
SSRİ-yə M.Qorbaçovun
rəhbərlik etməsindən
sonra yenidən fəallaşdılar. Onlar 1988-ci ildən
başladıqları terrorçu-separatçılıq
fəaliyyətləri ilə
Azərbaycan torpaqlarının
işğalı planını
işə saldılar.
1991-ci ilin sonlarında
SSRİ-nin dağılması
ilə keçmiş
sovet məkanında yeni geosiyasi şərait yaranmasından
sonra Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə
başladı. 1992-ci ilin yayında Azərbaycanın
əsasən könüllülərdən
olan hərbi hissələri cəbhə
bölgəsində müdafiəni
təşkil etməyə
çalışsalar da,
bu proses sona qədər davam etmədi. Hakimiyyət çəkişmələri və
AXC-Müsavat iqtidarının
yarıtmaz siyasəti
cəbhədəki məğlubiyyətlərə
yol açdı.
1993-cü ildə xalqın
istəyi ilə hakimiyyətə qayıdan
ulu öndər Heydər Əliyev səriştəsiz iqtidarların
Azərbaycana "miras"
qoyub getdikləri çox ciddi problemləri həll etməyə başladı. Ölkənin müstəqilliyinin qorunub
saxlanılması, ictimai-siyasi
sabitliyin yaradılması
istiqamətində mühüm
addımlar atıldı.
Bütün bunlarla paralel
olaraq Heydər Əliyevin 1993-cü ilin noyabrında ordu ilə bağlı müraciəti ölkəmizdə
ordunun formalaşdırılması
prosesinin start nöqtəsi
kimi tarixə düşdü. Çox keçmədi
ki, Azərbaycan Silahlı Qüvvələri
Horadiz istiqamətində,
Murovda erməni ordusunun mövqelərinə
əhəmiyyətli zərbə
endirdi. Nəticədə işğal olunmuş
20-dən çox kənd
azad edildi. Horadiz əməliyyatı Azərbaycan
Ordusunun Qarabağ müharibəsi dövründə
qazandığı ən
böyük qələbə
idi və bu, artıq Ermənistanda ciddi təşviş doğurmuşdu.
Azərbaycanda hərbi
quruculuğun çox
sürətlə getməsi
qarşı tərəfi
işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və
1994-cü ilin may ayında
Ermənistanın dövlət
başçısı atəşkəs
haqqında sazişin imzalanmasına razılıq
verdi. Atəşkəsdən sonra aparılan sülh danışıqlarında
ATƏT-in Minsk qrupu hamı
tərəfindən tanınan
yeganə vasitəçidir.
ATƏT-in
Minsk qrupuna həmsədrlik
edən dövlətlər
- ABŞ, Rusiya və Fransa problemin sülh yolu ilə həllinə tərəfdar olduqlarını,
Azərbaycanın beynəlxalq
səviyyədə tanınmış
ərazilərinin işğaldan
azad edilməsinin, qaçqın və məcburi köçkünlərin
öz torpaqlarına qayıtmalarının vacibliyini
ötən 20 ildə
dəfələrlə bəyan
ediblər. Hətta bunu rəsmi
sənədlərdə də
təsdiqləyiblər. Məsələn, Rusiya Prezidenti
tərəfindən belə
sənəd təsdiqlənmiş
və bu ölkənin Xarici İşlər Nazirliyinin
rəsmi saytında yerləşdirilmiş "Rusiya
Federasiyasının xarici
siyasət konsepsiyası"nda
yer alıb. Konsepsiyada da göstərilir ki, Rusiya MDB məkanındakı
münaqişələrin siyasi-diplomatik
həlli üçün
fəal rol oynamağa, o cümlədən
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
ATƏT-in Minsk qrupunun digər
həmsədr ölkələri
ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentləri
tərəfindən verilmiş
bəyanatlarda əksini
tapmış prinsiplər
əsasında həllinə
dəstək verməyə
davam edəcək. ATƏT-in Minsk qrupuna həmsədrlik edən digər dövlətlərin
də xarici siyasətlərində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması
prioritet məsələlərdən
biri kimi nəzərdən keçirilir.
Bu ölkələrin rəhbərlərinin,
xarici siyasət idarələrinin bəyanatlarında
torpaqların sülh yolu və beynəlxalq
hüququn norma
və prinsipləri ilə həllinin vacibliyi öz əksini tapıb.
Atəşkəsdən sonra münaqişənin sülh yolu ilə bağlı danışıqlar başladı. Lakin ATƏT-in Minsk qrupu vasitəsilə aparılan danışıqları
atəşkəs razılaşmasından
bəri nəticəsiz
qalıb. İndiyədək problemin həlli ilə bağlı bir neçə variant nəzərdən keçirilsə
də, Ermənistanın
qeyri-konstruktivliyi ucbatından
heç biri baş tutmayıb.
Dağlıq Qarabağ probleminin
həlli üçün
hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və
prinsiplərinə, BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə,
ATƏT-in, Avropa Şurasının
və digər beynəlxalq təşkilatların
müvafiq sənəd
və qərarlarına
əsaslanır. Həmsədr ölkələrdən verilən
bəyanatlarda beynəlxalq
təşkilatların Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı qəbul etdikləri sənədlər və ərazi toxunulmazlığı
ilə bağlı beynəlxalq hüququn normaları əsas götürülür. Bütün sənədlər
işğalçı Ermənistan
qoşunlarının Azərbaycanın
zəbt edilmiş ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz
çıxarılmasını tələb etsə də, rəsmi Yerevan bütün dünyanın
gözü qarşısında
bunlara məhəl qoymur. Beynəlxalq ictimaiyyət, əsasən
də Qərb ölkələri və ayrı-ayrı beynəlxalq
təşkilatlar Ermənistanın
beynəlxalq hüququn
normalarını tapdalamasına
göz yumurlar. Həmsədr dövlətlər, o cümlədən beynəlxalq
təşkilatlar indiyədək
təcavüzkar Ermənistanı
Azərbaycan ərazilərinin
işğalını dayandırmağa
məcbur etmək üçün bircə addım belə atmayıblar. Əksinə, müxtəlif vasitələrlə
- susqunluqla, ikili standartlar nümayiş etdirməklə Ermənistanın
beynəlxalq hüququn
normalarına məhəl
qoymamasına göz yummaqla bu işğalçı
ölkənin təcavüzkar
siyasətinə dəstək
vermiş olublar.
Bununla da münaqişənin sülh yolu ilə həlli məsələsində qeyri-səmimi
olduqlarını ortaya
qoyublar.
İkili
standartların və təcavüzkarın beynəlxalq
miqyasda müxtəlif
vasitələrlə dəstəklənməsinin
nəticəsidir ki, ermənilərin Azərbaycan
torpaqlarına təcavüz
etməsindən 26 il keçir, amma problem həllini tapmır. Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş
Dağlıq Qarabağ
bölgəsində yaradılan
qondarma və separatçı rejim regionda təhlükə mənbəyi olaraq qalır. Beynəlxalq nəzarətdən kənar olan bu ərazilər Ermənistanın dəstəyi
ilə terrorçuların
hazırlanması, silah
qaçaqmalçılığı, narkotik maddələrin becərilməsi və ticarəti məqsədilə
istifadə olunur.
Bütün dünya, xüsusən
Avroatlantik məkanda təmsil olunan dövlətlər, beynəlxalq
təşkilatlar bunu bilir və görür.
Lakin susmaqla erməni təəssübkeşliyini nümayiş
etdirirlər.
Bu günlərdə qoşunların
təmas xəttində
baş verənlər,
ermənilərin Azərbaycan
Ordusunun mövqelərinə
basqını, hətta
mülki şəxslərə
atəş açması
bir daha göstərdi ki, terror və işğalçı
ölkə olan Ermənistan region üçün
təhlükə mənbəyidir.
Beynəlxalq ictimaiyyətin və
xüsusən dünyanın
aparıcı siyasi dairələrinin münaqişə
ocaqlarının yaranmasına
səbəb olan təhlükə mənbələrinə
qarşı hansı sərt addımları atdığı yaxşı
məlumdur. Bu, hərbi
müdaxilə də ola bilər,
siyasi-iqtisadi sanksiyaların
tətbiqi də. Elə Avropanın özündə
bununla bağlı zəngin praktik təcrübə var. Belə
olan halda sivil Avropanın təhlükəsizlik prinsipləri
ilə bir araya sığmayan siyasət həyata keçirən Ermənistana
qarşı hansısa
siyasi və iqtisadi sanksiyaların tətbiq olunmaması sadəcə təəssüf
doğurur. Ermənistanın
beynəlxalq sənədlərə
məhəl qoymadığını,
eləcə də Azərbaycanın
dünyanın və Avropanın təhlükəsizliyi
ilə bağlı məsələlərə mühüm
töhfələr verdiyini
bildikləri və gördükləri halda Qərb siyasi dairələrinin, ayrı-ayrı
təşkilatların ikili
standartlardan çıxış
etməsi beynəlxalq
səviyyədə etimadsızlıq
mühitinin formalaşmasına,
Ermənistanın işğalçılıq
siyasətinin daha da ayaq açmasına
səbəb olur. Azərbaycan Xarici İşlər Nazirliyinin
bəyanatında bu barədə deyilir: "Danışıqlarda qeyri-konstruktiv
mövqe nümayiş
etdirən, status-kvonun
qorunub saxlanmasında maraqlı olan və həmçinin
Madrid Sülh Planından
boyun qaçıran işğalçı Ermənistanın
BMT Təhlükəsizlik Şurasının
müvafiq qətnamələrinə
əməl etməməsi,
qanlı etnik təmizləmə siyasəti
həyata keçirməsi,
bir milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı
addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən
ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir".
İşğalçılıq siyasətinin qarşılığında
Ermənistan barədə
ölçü götürülməməsi
vasitəçilərin fəaliyyətinin
və bütövlükdə
Dağlıq Qarabağ
probleminin həllini arzulayan beynəlxalq ictimaiyyətin bu niyyətinin səmimiliyinə
şübhə salır. İşğal faktı və bir neçə gün öncə cəbhədə baş verənlər bu ölkəyə qarşı
ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Əgər beynəlxalq ictimaiyyət Ermənistanın təcavüzkar
siyasətinə laqeyd
yanaşmasa və işğalçı ölkəyə
qarşı sanksiyalar
tətbiq etsə Dağlıq Qarabağ münaqişəsinə son qoyular.
Rəşad
CƏFƏRLİ
Azərbaycan. - 2014.- 8 avqust.- S. 3.