BMT-nin Qlobal Geoməkan
Məlumatlarının İdarəolunması üzrə
Ekspertlər Komitəsinin Avropa regional bölməsi yaradılacaq
Nyu
Yorkda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması
üzrə Ekspertlər Komitəsinin 4-cü iclası davam
edir.
AzərTAc xəbər verir ki, iclasla yanaşı bir sıra regional təsisatların da tədbirləri keçirilir. Belə tədbirdən biri Ekspert Komitəsinin Avropa regional bölməsinin yaradılması ilə bağlı təşkil olunmuşdur.
Avropadan olan Üzv ölkələrinin nümayəndələrinin iştirak etdiyi toplantıda BMT-nin Qlobal Geoməkan Məlumatlarının İdarəolunması üzrə Ekspertlər Komitəsinin (UN-GGİM) ilk Plenar iclasının keçiriləcəyi yer və zaman, həmçinin iclasa hazırlıq və onun gündəliyi müzakirə olunmuşdur. Həmçinin, təşkilati məsələlərlə bağlı yaradılmış 3 işçi qrupun hesabatı dinlənilmişdir.
“Eurogeographics”-dən fərqli olaraq yeni yaradılacaq qurumda hər bir ölkədən yalnız bir təşkilat olacaq.
Tədbirdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
DTXK Avropada fəaliyyət
göstərən müvafiq qurumlarla əməkdaşlığını
genişləndirir. Belə ki,
Prezident İlham
Əliyevin razılığına əsasən Avropada milli xəritəçəkmə
və kadastr agentliklərinin
assosiasiyası olan “EuroGeographics”-in fəaliyyət istiqamətinə Azərbaycan
Respublikasında yeganə dövlət orqanı kimi Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin fəaliyyət
istiqaməti uyğun olduğundan,
komitə adıçəkilən Assosiasiyada
ölkəmizi təmsil edir. Dövlət
Torpaq və Xəritəçəkmə
Komitəsi “EuroGeographics”-in
Baş Assambleyalarında, biliklər
mübadiləsi şəbəkələrinin iclaslarında
yaxından iştirak edir.
BMT-nin Qlobal Geoməkan
Məlumatlarının İdarəolunması üzrə
Ekspertlər Komitəsi özünün regional bölmələrinin inkişafına xüsusi önəm verir
və Avropada da belə
bir qurumun
yaradılması yaxın günlərdə
yekunlaşmalıdır.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Azərbaycan. - 2014.- 8 avqust.- S. 4.