Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib

 

Avqustun 7-də müdafiə sənayesi naziri Yavər Camalov Azərbaycanda səfərdə olan Latviyanın müdafiə naziri Raymonds Veyonisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AzərTAc-a bildiriblər ki, Yavər Camalov nümayəndə heyətinə qurumun fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə Azərbaycan ilə Latviya arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyəti nazirliyin Elektron Hesablayıcı Maşınlar zavodunda istehsal prosesinin gedişini izləyib, MSN-in müəssisələrində istehsal edilən məmulatlarla tanış olublar.

Latviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Yeva Majore də görüşdə iştirak edib.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 5.