Türkiyə ictimaiyyət nümayəndələri
Azərbaycana dəstək olaraq Ermənistan
sərhədinə yürüş ediblər
Türkiyə
ictimaiyyətinin nümayəndələri Ermənistan sərhəddinə,
İğdırdakı Əlican gömrük-keçid məntəqəsinə
yürüş ediblər.
Yürüşdə Türkiyə Böyük Millət Məclisinin üzvləri, “İST-TAD” -Türkiyə-Azərbaycan Dərnəyi, İğdır Qafqaz-Çeçen Dərnəyi, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri və digər ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Son günlər Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı həyata keçirdikləri hücumlara etiraz edən yürüşçülər işğalçı dövlətin təcavüzkar hərəkətlərinə qarşı kəskin etirazlarını ifadə ediblər.
Şəhidlərimizə Allahdan
rəhmət diləyən yürüş
iştirakçıları bildiriblər ki,
işğalçı Ermənistan Azərbaycana qarşı
həyata keçirdiyi təcavüzkar
siyasətə son qoymasa,
qarşısında bütün türk dünyasını görəcək. Onlar vurğulayıblar ki,
Azərbaycan tək deyil, onun
arxasında dünyanın bütün
mütərəqqi qüvvələri, o
cümlədən çoxmilyonlu türk xalqları dayanıb.
Sabir Şahtaxtı,
AzərTAc-ın xüsusi müxbiri
İstanbul
Azərbaycan. - 2014.- 8 avqust.- S. 5.