Ermənistan regional sabitliyə əsas təhlükə yaradır

 

Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonis ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, R.Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar.

Sonra Müdafiə Nazirliyində R.Veyonisin qarşılanma mərəsimi olub.

Hər iki ölkənin dövlət bayrağının dalğalandığı meydanda Latviyanın müdafiə nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovulun rəisi raport verdikdən sonra Latviyanın Azərbaycanın dövlət himnləri səsləndirilib.

Rəsmi protokola uyğun olaraq qonaq Şərəf Kitabını imzalayıb.

Nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov qonaqlara Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif proqramları, həm ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib. Nazir əməkdaşlığımızın dostluq münasibətləri üzərində qurulduğunu bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Son dövrdə qoşunların təmas xəttində baş verən gərginliyə toxunan müdafiə naziri Ermənistanın regionda sabitliyə əsas təhlükə yaratdığını, münaqişənin beynəlxalq hüquqa BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

R.Veyonis ölkələrimiz arasındakı əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan-Latviya hərbi əlaqələri qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Latviya müdafiə nazirinin Azərbaycana səfəri avqustun 11-dək davam edəcək.

 

Azərbaycan. - 2014.- 8 avqust.- S. 3.