Aleks Vatanka: “Amerikanın postsovet məkanı barəsində xarici siyasətində ardıcıllıq nümayiş etdirməyin vaxtıdır”

 

Amerikada çıxan nüfuzlu “The Hill” qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Aleks Vatankanın “Amerikanın postsovet məkanı barəsində xarici siyasətində ardıcıllıq nümayiş etdirməyin vaxtıdır” sərlövhəli məqaləsi dərc edilib.

Müəllif yazır ki, Amerikanın xarici siyasəti qlobal narazılığa səbəb olduğu bir vaxtda ABŞ Konqresindəki qanunvericilər və Prezident Administrasiyası ehtiyatlı olmalıdırlar, əks halda Amerikanın vədlərinə şübhə və etimadsızlıq yaranacaq, müttəfiqləri onlardan üz döndərəcəklər.

A. Vatanka vurğulayır ki, Amerikanın belə müttəfiqlərindən biriona dost münasibəti bəsləyən, təbii ehtiyatlarla zəngin olan dünyəvi müsəlman ölkəsi Azərbaycandır. Bakıda hakimiyyət orqanları Vaşinqtonun öz strateji müttəfiqlərinə və öz dəyərlərinə sadiqliyinə daha inanmırlar.

Müəllif yazır ki, 1991-ci ildə dövlət müstəqilliyi bərpa edilən gündən Azərbaycan ABŞ-ı öz strateji tərəfdaşlarından biri kimi qəbul edib. Vaşinqton ilə əməkdaşlıq etmək barədə bu cür sayıq, lakin riskli qərar ondan irəli gəlirdi ki, Azərbaycan Amerikanın ölkələr arasında münaqişələrin tənzimlənməsində vasitəçilik etməsi məsələsində həm Vaşinqtonun qüvvəsinə, həmonun vicdanlı mövqe tutacağına inanırdı. Müəllif yazır: “Azərbaycan rəhbərliyi Bakı ilə qonşu Ermənistan arasında Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən 1994-cü ildən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə bağlı münaqişədə mübahisələrin həlli üçün Amerikanın təklifini məhz bu inam sayəsində qəbul etdi”. Müəllifin qeyd etdiyi kimi, son 20 ildə Azərbaycan səbirlə gözləyirdi ki, Amerika ədalətli arbitr kimi bu uzanan münaqişənin dinc yolla tənzimlənməsinə nail olacaq, dövlətlərin ərazi bütövlüyüsuverenliyi prinsipinə hörmət kimi dəyərlərə sadiq qalacaqdır.

A.Vatanka daha sonra bildirir ki, BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyü məsələsinə dair qətnaməyə səsvermədə Azərbaycan bu qətnamənin lehinə səs verib, Ermənistan isə həmin sənədin əleyhinə səs verən 11 ölkənin arasında olub. ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilən iclasında Krımın anneksiyasını pisləyən qətnamə təqdim ediləndən sonra Azərbaycan nümayəndələri bəyan etdilər ki, həmin sənəddə ərazi mübahisələrinə ikili münasibət ifadə olunur. Bu, gələcəkdə beynəlxalq hüquqda gülünc vəziyyət yarada bilər. Ekspert daha sonra yazır ki, Avropa İttifaqı da bu cür ayrı-seçkilik yanaşma nümayiş etdirərək bu quruma assosiativ üzvlük barədə Gürcüstana, MoldovayaUkraynaya təklif edilən sənədlərdən fərqli olaraq, Azərbaycana təklif edilən müqavilədə bu ölkənin ərazi bütövlüyünə dair qəti mövqe bildirməyib. Nəticədə Azərbaycan Avropa İttifaqına assosiasiyalı üzvlük haqqında sənədin imzalanmasına dair danışıqları davam etdirmədi.

A.Vatanka daha sonra yazır ki, ABŞ-ın bu cür dolaşıq, ikili standartlara əsaslanan xarici siyasəti onun etibarlı tərəfdaş kimi imicinə xələl gətirəcəkdir.

 

Yusif Babanlı

AzərTAc-ın xüsusi müxbiri

Vaşinqton

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 3.