Belarus nümayəndə heyəti Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında olub
Belarus
Dövlət İdarələri İşçiləri Həmkarlar
İttifaqının nümayəndə heyəti Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) olub.
Konfederasiyadan AzərTAc-a verilən məlumata görə, AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qonaqları salamlayaraq hər iki ölkənin həmkarlar ittifaqı təşkilatları arasındakı sıx əməkdaşlıq əlaqələrinin inkişaf etməsindən məmnunluğunu bildirib.
Görüşdə qeyd olunub ki, bu əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi təkcə iki ölkənin deyil, həm də beynəlxalq həmkarlar ittifaqı hərəkatının daha da qüdrətlənməsi yolunda atılan mühüm addımdır. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının nümayəndə heyətinin Belarusa səfəri müvafiq qurumlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verib. İndi isə Belarus nümayəndə heyətinin ölkəmizə səfəri bu istiqamətdə atılmış daha bir addım kimi səciyyələndirilə bilər.
Qonaqlar səfər çərçivəsində Azərbaycan
Dövlət İdarələri və İctimai
Xidmət İşçilərinin Xaçmaz
rayonunun Nabran qəsəbəsində
yerləşən “Ülfət” istirahət kompleksi
ilə tanış olub, Qubadakı
Soyqırımı Memorial Kompleksini
ziyarət edib, Qusarda
yerləşən Şahdağ
Qış-Yay Turizm Kompleksinə gediblər.
Azərbaycan. - 2014.- 9 avqust.- S. 4.