“The Oil and Gas Year” jurnalının Azərbaycan üzrə redaktoru AzərTAc-a əməkdaşlıq təklif etdi

 

 “The Oil and Gas Year” jurnalının Azərbaycan üzrə redaktoru, argentinalı Tomas Gerbasio avqustun 8-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub. Görüşdə informasiya sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qonağa AzərTAc-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi barədə ətraflı məlumat verildi. AzərTAc ilə İspaniyanın “EFE” Argentinanın “TELAM” agentlikləri arasında sıx əlaqələrin olduğunu söyləyən baş direktor Aslan Aslanov bu qurumların nüfuzlu beynəlxalq informasiya təşkilatlarında da uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.

Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçiriləcəyini bildirən baş direktor Aslan Aslanov bu nailiyyətlərin artıq dünya informasiya məkanına çıxmış agentliyin beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar yaratdığını vurğuladı.

Qeyd edildi ki, dünyada mövqeləri gündən-günə möhkəmlənən Azərbaycan beynəlxalq iqtisadi münasibətlər sistemində əsas oyunçulardan birinə çevrilib. İnkişafın Azərbaycan modelinə dünyada maraq getdikcə artır ölkəmizin təcrübəsi müvafiq beynəlxalq qurumlar tərəfindən öyrənilir. Dünyanın mötəbər informasiya agentliklərinin Azərbaycana artan marağı ölkəmizin uğurlarından bu uğurların fonunda AzərTAc-ın beynəlxalq informasiya məkanındakı layiqli mövqeyindən qaynaqlanır.

Argentina mətbuatında Azərbaycan həqiqətlərinin ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı xəbərlərin daha çox yayılması istiqamətində tədbirlərin davam etdirildiyini diqqətə çatdıran baş direktor “TELAM” agentliyi ilə əməkdaşlığın perspektivlərindən söhbət açdı. Məlumat verildi ki, bu agentliyin yaratmağı nəzərdə tutduğu yeni “ANSUR” informasiya portalında Azərbaycan bölməsi fəaliyyət göstərəcək. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis portuqal dillərində veriləcək.

Azərbaycanın sürətli inkişafından məmnunluq duyduğunu söyləyən Tomas Gerbasio iki ölkə arasında münasibətlərin sağlam məcrada davam etməsində xəbər agentliklərinin mühüm rol oynadığını qeyd etdi. Dünya informasiya məkanında nüfuzu getdikcə artan AzərTAc ilə əməkdaşlığın onlar üçün faydalı olacağını deyən Tomas Gerbasio əlaqələrin dərinləşdirilməsi ilə bağlı yeni layihəni hazırlayıb təqdim edəcəyini bildirdi.

Tomas Gerbasio AzərTAc-ın loqosunun, informasiyalarının, fotomateriallarının “The Oil and Gas Year” jurnalında yerləşdirilməsində maraqlı olduğunu onun əməkdaşlıq təklifinin müsbət qarşılanacağına əminliyini vurğuladı. Qonaq, həmçinin “The Oil and Gas Year” jurnalının keçirəcəyi tədbirlərin AzərTAc tərəfindən işıqlandırılması təklifini irəli sürərək, qarşılıqlı əməkdaşlığın yardımın əhəmiyyətini qeyd etdi.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı neft-qaz nəqliyyat layihələrindən danışan Tomas Gerbasio Azərbaycan-Argentina münasibətlərinin inkişafını, eləcə informasiya mübadiləsinin genişləndirilməsi istəyini yüksək dəyərləndirdi.

Görüşdə AzərTAc ilə “The Oil and Gas Year” jurnalı arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı razılıq əldə olundu.

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 4.