Əməliyyatçı şirkət

 

"BP bizim ən böyük investorumuzdur. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edirbu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox BP-SOCAR əməkdaşlığı, tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız varbiz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik, bütün əsas iqtisaditexniki riskləri də öz üzərimizə götürürük".

 

İlham ƏLİYEV

 

Böyük Britaniyanın BP şirkəti dünyanın 100-dən çox ölkəsində çalışır ki, bunlardan biri də Azərbaycandır. BP ölkəmizdə ən böyük əməliyyatçı şirkətdir. Azərbaycanda həyata keçirdiyi layihələr də öz növbəsində BP-nin portfelindəki ən iri layihələrdəndir.

BP-nin Azərbaycanda ilk fəaliyyəti təbii ki, "Azəri-Çıraq-Günəşli"  (AÇG) yataqlarının tammiqyaslı işlənməsi layihəsindən başlanıb. AÇG Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir və BP-nin əməliyyatçılıq etdiyi konsorsium 1997-ci ilin noyabr ayında buradakı "Çıraq" platformasından ilkin neft əldə edib. Həmin vaxtdan indiyədək AÇG-dən ümumilikdə 2,5 milyard bareldən çox neft hasil olunub.

Hazırda AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir ki, onların da 6-sı hasilat platformasıdır ("Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri", "Dərinsulu Günəşli" və "Qərbi Çıraq"). İndi AÇG-dəki 81 quyudan 37-si suqaz injektor quyularıdır. Belə ki, rezervuarda  təzyiqi artırmaq üçün suvurmaqazvurma əməliyyatları həyata keçirilir. "Mərkəzi Azəri" və "Dərinsulu Günəşli"dəki iki əlavə platforma da bu məqsədlə fəaliyyət göstərir.

BP Azərbaycan şirkətinin məlumatına görə, AÇG-dən gündəlik orta hasilat 655 min barel təşkil edir. Səngəçal terminalından ildə 300 milyon barel neft ixrac olunur. AÇG eləcə də ARDNŞ-ə ölkədaxili və digər tələbatları ödəmək üçün ildə 3 milyard kubmetr qaz təhvil verir.

2010-cu ilin mart ayında Çıraq Neft Layihəsinə (ÇNL) sanksiya verilməsi AÇG-nin inkişafında növbəti mərhələnin başlanğıcı oldu. Bu, dəyəri 6 milyard dollar olan bir layihədir. Bu layihə mövcud "Dərinsulu Günəşli" və "Çıraq"  platformaları arasında yeni dəniz qurğusu vasitəsilə AÇG-dən neft hasilatını artıracaq və əlavə olaraq ümumilikdə 360 milyon barel neft çıxarılmasına imkan verəcək.

"Qərbi Çıraq" platformasının üst modullarının tikintisi keçən ilin payızında  "AMEK-Tekfen-Azfen" tikinti-quraşdırma sahəsində başa çatdı. Sentyabrın 12-də isə üst modullar dənizə yola salındı, sentyabrın 14-də dayaq blokunun üzərində təhlükəsiz şəkildə quraşdırıldı. Bunun ardınca dənizdə aparılan sazlama, işəsalma və istismar sınaqları aparıldı və bu işlər 2014-cü ilin yanvar ayınadək davam etdi.

Bu il yanvarın 28-də "Qərbi Çıraq"dan ilk neft alındı.

BP ölkəmizdə həyata keçirilən dünya səviyyəli Bakı-Tbilisi-Ceyhan və "Şahdəniz" layihələrinin də əməliyyatçısıdır. "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin isə texniki operatorudur. ARDNŞ-lə birgə işlədikləri "Şəfəq-Asiman" blokunda da BP əməliyyatçılıq edir.

BP Xəzərə beynəlxalq miqyasda həyata keçirdiyi layihələrdə istifadə etdiyi texnologiyalarla və qazandığı zəngin təcrübə ilə gəlib. Bu da şirkətə nəinki neftqaz yataqlarının işlənməsində avadanlığa olan ehtiyacını təmin etməyə, həm də əməliyyatların bütün cəhətlərini birləşdirməyə və optimallaşdırmağa imkan verir. Bu texnologiyalar hövzə və rezervuarın modelləşdirilməsindən başlayaraq quyunun tamamlanması və layihənin idarə olunmasınadək, qabaqcıl seysmik təsvirdən başlayaraq dənizdə və quruda boru kəmərlərinin monitorinqinədək geniş bir fəaliyyəti əhatə edir.

BP ölkəmizə gəldiyi ilk vaxtlardan işə daha çox Azərbaycan vətəndaşını cəlb etməyə çalışıb. Məqsəd Azərbaycanın ixtisaslı milli kadrları tərəfindən idarə edilən yerli bir şirkət yaratmaqdan ibarət olub. Bu məqsədlə yüksək vəzifələrə təyin edilən Azərbaycan vətəndaşlarının sayını artırmaq və yerli işçi qüvvəsini inkişaf etdirmək üçün nəzərdə tutulan strategiyaprosedurlar tətbiq edilib.

İndi BP tərəfindən birbaşa işə götürülmüş Azərbaycan vətəndaşlarının sayı 2835 nəfərdir. Şirkətin Azərbaycandakı daimi işçilərinin 85 faizi yerli sakinlərdir və onların əksəriyyəti rəhbər vəzifələrdə çalışır.

Kadrların hazırlanmasında 2004-cü ildə açılmış və bu yaxınlarda özünün 10 illiyini təntənə ilə qeyd etmiş Xəzər Texniki Təlim Mərkəzinın böyük rolu var. İndiyədək burada 900-dən çox texnik təlim keçib. Mərkəz qurğuların istismarı sahəsində fəaliyyət göstərən texnikləri lazımi bilik və vərdişlərlə tam təmin edir. Təcrübə keçmək üçün nəzərdə tutulan trenajor avadanlıqlar qazmaçılara platformalarda müasir qazma avadanlığından necə istifadə etməyi öyrədir.

Keçən ilin sentyabr ayında BP "Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı"nın ilk uğurlu buraxılışını qeyd etdiikinci il üçün müxtəlif yerli və beynəlxalq universitetlərdən 88 məzunun qəbul edildiyini bildirdi. Bu proqram şirkətə gələn gənc mühəndislərin qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək üçün nəzərdə tutulub.

Şirkət həmçinin 2014-2018-ci illər üçün beşillik milliləşdirmə planı hazırlayıb. Bu plana əsasən, 2018-ci ilin sonunadək BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil etməlidir. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə xarici vətəndaşları yerli kadrlar əvəz edəcək. İxtisası olmayan işçilərin isə artıq hamısı yerli vətəndaşlardır.

Sözügedən plan ARDNŞ-lə razılaşdırılıb və 2013-cü ilin noyabr ayında iki şirkət arasında protokol da imzalanıb. Bu sənədə əsasən, Qobustan Regional Təlim Mərkəzində yerli işçi qüvvəsi təlim keçəcək. Səngəçal terminalının yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrindən olan 100 nəfərin peşə və texniki təlimi həyata keçiriləcək. Bundan başqa, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq çərçivəsində tələbələr BP-nin müxtəlif proqramlarına və təşəbbüslərinə cəlb olunacaq.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da BP-ni fərqləndirən başlıca şərtlərdən biri SƏTƏMM-dir (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi). Belə ki, istər tikintidə, istərsə də əməliyyatlarda əməyin təhlükəsizliyi məsələsi önə çəkilir. BP-də deyirlər ki, bizim işçilərimiz səhər evdən sağ-salamat gəldikləri kimi, axşam da evlərinə beləcə dönməlidirlər.

Şirkətdə təhlükəsizlik texnikasının daha da təkmilləşdirilməsinə səy göstərilir. Beləliklə, BP yüksək keyfiyyətli avadanlıq və ən yeni texnologiyalardan istifadə etməklə mükəmməl təlim keçmiş insanları işə götürür. Sənayedə bir neçə ən ciddi təhlükəsizlik və mühafizə proseslərindən, eləcə də sistemlərindən istifadə edilir.

Başqa sözlə, BP elə bir şirkətdir ki, insanların həyatını, sağlamlığını qoruya-qoruya, bütün əməliyyatların başlanğıcından sonuna qədər ətraf mühitin həssaslığını, özünün buna görə cavabdehliyini başa düşməklə ona mənfi təsirin qarşısını ala-ala işləyir. Şirkət əməliyyatların idarə edilməsi sistemində tədbirlər və təhlükəsizlik metodları müəyyənləşdirib. Çünki bunların əməliyyatları məsuliyyətlə həyata keçirmək üçün vacib olduğunubu əməliyyatların torpağa, havaya, suya, florafaunaya mənfi təsirinin qarşısını almağa kömək etdiyinə əmindir. BP-nin Azərbaycanda ətraf mühitin monitorinqi proqramı 2004-cü ildən həyata keçirilir. Bu proqram yaxın ətraf mühitin monitorinqinə və monitorinqin nəticələrinin təhlilinə sistemli yanaşmanı təmin etmək üçün işlənib hazırlanıb. Ətraf  mühitin monitorinqi üzrə tədqiqatlar  həm dəniz, həm də qurudakı obyektlərin yaxınlığında aparılır. Məsələn, təkcə 2013-cü ildə 21 ətraf mühit tədqiqatı aparılıb. Bu il nəticələr hazır olacaq. Ötən 10 il ərzində ümumilikdə 150-dən çox monitorinq tədqiqatı yerinə yetirilib.

BP Azərbaycanda həyata keçirdiyi sosial layihələrin uğurunu özünün əsas əməliyyatlarındakı müvəffəqiyyətinin bir hissəsi hesab edir. BP Azərbaycan şirkətinin xarici əlaqələr üzrə meneceri Tamam Bayatlı belə deyir. Bildirir ki, şirkət öz tərəfdaşları ilə birlikdə ölkəmizdə irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icma üzvlərində bacarıq və qabiliyyətlərin yaradılması, sosial infrastrukturun təkmilləşdirilməsi, yerli müəssisələrə təlim vasitəsilə dəstək və s. daxildir.

BP-nin Azərbaycanın ali məktəbləri ilə sıx əməkdaşlığı var. Bu, bir sıra tədbirlərə maddi dəstəklə bitmir. Şirkətin tanınmış mütəxəssisləri tələbələr qarşısında mühazirələr oxuyur, gələcək neft-qaz mütəxəssislərini istehsalat təcrübəsinə cəlb edirlər.

Bir sözlə, sosial proqramların əsas iki məqsədi var. Bunlardan biri davamlı sosial-iqtisadi inkişafa dəstək vermək və əməliyyatların həyata keçirildiyi ərazilərdə yaşayan icmalara kömək etməkdir. Şirkət 2013-cü ilin sonuna qədər öz tərəfdaşları ilə birgə bu proqramlara 60 milyon ABŞ dolları həcmində vəsait ayırıb. Təkcə 2013-cü ildə davamlı inkişaf təşəbbüslərinə 2,7 milyon dollar vəsait sərf edilib. BP Azərbaycan tələbələrinin və kəndli gənclərin, fermerlərin, məcburi köçkünlərin dostudur.

BP ölkəmizə bu inamla gəlmiş və "Əsrin müqaviləsi"nə bu inamla imza atmışdır. 20 il əvvəl Azərbaycanın çətin iqtisadisiyasi durumunda bu, ulu öndər Heydər Əliyevin uzaqgörənliyinə və dünyadakı nüfuzuna bəslənən inam idi. İllər keçdikcə biz bu inamın necə böyük əhəmiyyət daşıdığını bir daha, dönə-dönə dərk edirik. Prezident İlham Əliyevin dediyi kimi, "Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər. Mən BP şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm".

 

Flora SADIQLI

 

Azərbaycan. - 2014.- 9 avqust.- S. 6.