Azərbaycan Prezidenti İlham Əliyev Serbiyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Serbiya Respublikasının müdafiə naziri Bratislav Qaşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan ilə Serbiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafının yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkələrimiz arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan Prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırdı.

Serbiyanın müdafiə naziri Bratislav Qaşiç dedi: “Cənab Prezident, Sizinlə - Serbiyanın böyük dostlarından biri ilə görüşməkdən məmnunluq hissi keçirirəm”. Nazir Serbiya Prezidenti Tomislav NikoliçinBaş nazir Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə Serbiya arasında münasibətlərin inkişafına toxunan B.Qaşiç ölkələrimiz arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını vurğuladı. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Serbiya Prezidenti Tomislav NikoliçinBaş nazir Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

 

Azərbaycan. - 2014.- 13 avqust.- S.1.