«Bələdiyyələrin statusu haqqında» Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:
"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 405; 2001, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2003, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə 1005; 2007, ¹ 11, maddələr 1053, 1082; 2008, ¹ 5, maddə 354; 2009, ¹ 6, maddə 410; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddələr 275, 276; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1074; 2012, ¹ 6, maddə 523) 30-cu maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
"Bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 5 gündən gec olmayaraq arayış verirlər.".
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 iyun 2014-cü il
Azərbaycan. - 2014.- 13 avqust.- S. 1.